Xəbər lenti
Yaddaşa hansı vitamin müsbət təsir edir?
İki il ərzində vitamin B12 və Fol turşusu qəbul edən yaşlı insanların yaddaşı yaxşılaşıb. Tədqiqatın müəllifi Avstraliya universitetinin həkimi Cenin Uoker olub.
Tədqiqatda 65-74 yaş arası 700 nəfər iştirak edib. İştirakçılar hər gün 400mg Fol turşusu və 100mg B12 vitamini qəbul ediblər. Digər iştirakçılarsa gündəlik plasebo qəbul ediblər. 1 ildən sonra düşünmə tezliyi və yaddaşa görə aparılan testlərin nəticələri hər iki qrupda bərabər olub. 2 ildən sonra isə birinci qrup qısa və uzunmüddətli yaddaşa görə testlərdə digər qrupu üstələyib.
Hələ ki, vitaminin yaddaşa təsirinin mexanizmi məlum deyil. Həkim Ceninin fikrinə gorə vitaminlər ürək-damar xəstəliyi və yaddaş zəifliyi yaradan homosistein aminturşusunun miqdarını azaldır.
Tədqiqatın gedişi "Clinical Nutrition" jurnalında dərc olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar