Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qanın ümumi analizi xərçəngi göstərirmi? - Ən asan təhlil

Tarix: 26-09-2020 15:45     Baxış: 3277 A- / A+
Qanın ümumi analizi xərçəngi göstərirmi? - Ən asan təhlil

Qanın ümumi analizi ən ucuzu, ən asanı və savadlı həkim üçün xəstənin şəxsiyyət vəsiqəsi kimidir.

Çox oxucular soruşur ki, qanın təkcə ümumi analizi ciddi xəstəlikləri, xüsusən şişlərin olub-olmamasını göstərə bilərmi və bunu necə bilək?

Manevr.az xəbər verir ki, bəli, bu mümkündür. Düzdür, qanın ümumi analizini həkimdən başqası düzgün dəqiq təhlil edə bilməz. Amma yenə də bəzi məqamlar xəstəyə çox şeyi bəlli edir.

- Qanın ümumi analizində əsas leykositlərin səviyyəsinə baxılır. Məhz bu qan hüceyrələri infeksiya və mikrobla mübarizə aparır. Əgər onlar normadan yüksək çıxıbsa, deməli orqanizm iltihabi, virus və ya bakterial bir xəstəliklə mübarizə aparır. O xəstəliyin harda olmasını isə terapevt təyin edəcək

- Neytrofillər – mikrob və bakteriyaları udur. Leykositlərə kömək edir. Yüksək olması ciddi iltihaba işarədir. Xüsusən kəskin appendisit, hər hansı daxili iltihabda kəskin artır.

- Eozinofillər – allergiya, qurd, parazitlərə işarədir. Yüksəkdirsə, bundan şübhələnmək olar.

- Hemoqlobin – azdırsa, deməli qanazlığı, dəmir defisiti var. İnsanın yorğun, halsız, bənizi ağ, gözünün altı tünd, ürək ritmi artıbsa, mütləq qanda hemoqlobin az çıxacaq. Normadan aşağı yəni 120 minimum həddir. 120 –dən aşağı rəqəm qanazlığıdır və buna keçəcək deyə yanaşmaq olmaz.

- Eritrositlər – azalıbsa deməli anemiya var. Əgər artıbsa, çox yüksəkdirsə ciddi zəhərlənmə, bədənin toksinləşməsi, ürək-damar xəstəlikləri ola bilər

- Trombositlər – qanın laxtalanmasına cavabdehdir. Yüksəlibsə qan çox qatıdır və tromb yaranır və ya yaranacaq. Azalıbsa qan həddən artıq durudur, damardaxili qanaxma, qansızma ola bilər. Eləcə də bu göstəricilər xəstə hər hansı dərmanlar, qandurulaşdırıcılar qəbul edəndə dəyişir.

- Eritrositlərin çökmə sürəti – EÇS (ROE) deyilən göstərici əsas məsələni göstərir. Normadan yuxarı çıxma bədəndə ciddi iltihabi proses, irin, hər hansı kist və onkoloji prosesə işarədir. Adətən göstərici 100-ə yaxın və ya ondan çox olanda onkoloji şübhə araşdırılır.medicina.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar