Xəbər lenti
Normadan artıq tərləmə: Səbəbləri və müalicəsi
Tərləmə normal haldır, amma çox tərləmə artıq problem sayılır. Xüsusilə havaların isti olduğu dövrdə bu problem daha qabarıq şəkildə ortaya çıxır. Çox tərləmənin bir çox səbəbləri var.
Manevr.az e-tibb.az-a istinadən Azərbaycan Tibb Universitetinin (ATU) Farmakoqnoziya kafedrasının müdiri, əczaşılıq elmləri doktoru, professor Cavanşir İsayevin normadan artıq tərləmə - hiperhidroz (Hyperhidrosis), onun səbəbləri, müalicəsi, eləcə də bitkilərlə müalicəsi haqda məqaləsini təqdim edir:
Tərləmə bədənin isti və soyuq balansını və bununla da orqanizmin termorequlyasiya mexanizmini tənzimləyir. İnsan bir gündə 500-900 sm³ tər ifraz edir. Yay fəslində tərin miqdarı 2-3 dəfə artır. Tər vəziləri uzun borucuqlar şəklində olub, adətən, üç hissədə qıvrılaraq yumaqcıq əmələ gətirir. Tər vəzilərinin düz axacağı isə dəri üzərinə açılır. Tər vəziləri yumaqcıqlarını qan kapilyarları əhatə edir. Həmin kapilyardan axan qan tər vəzilərinə tərkibində həll olunmuş halda az miqdarda xörək duzu, sidik cövhəri və bəzi başqa maddələr olan su gətirir. Yumaqcıqlarda əmələ gələn tər, tər axacaqları vasitəsilə dəri üzərinə tökülür.
Tər vəzilərinin iki növü var. Sadə və ya merokrin (ekkrin) və apokrin tər vəziləri ayırd olunur. Sadə tər vəziləri (glandulae sudoripare) borulu quruluşa və merokrin sekresiya tipinə (əvvəlki adı ekkrin) malikdir. Onlar hüceyrələrin sekretor fəaliyyəti, həmçinin osmos-diffuziya proseslərinin iştirakı nəticəsində tər hasil edilir. Histokimyəvi olaraq tər vəzilərində RNT, turş fosfatazanın, karboksilazanın, esterazaların, enerji mübadiləsi fermentlərinin fəallaşması nəzərə çarpır. Tər vəzisinin distal hissəsi yumaqcıq şəklində (burulmuş uc hissəsi) adətən derma və dərialtı piy toxumasının sərhəddində yerləşmişdir. Uzun axacaq şaquli istiqamətdə dərinin səthinə doğru yönəlmişdir və burğuşəkilli əyri yarıqla qurtarır. Ovucda, dabanda və üzdə tər vəziləri xüsusilə çoxdur. Tər vəziləri kişilərdə cinsiyyət üzvünün kəlləsində, qadınlarda kiçik cinsiyyət dodaqlarının xarici səthində olmur. Dəri örtüyünün digər sahələrində tər vəziləri disseminasiyalı şəkildə yerləşmişdir. Dərinin 1 sm2 səthində 200-dən 800-ə qədər tər vəziləri var.
Həddindən artıq tərləmə vəziyyətində əksəriyyətimiz tez-tez duş qəbul edir və dezodorantlardan faydalanırıq, lakin bu, daimi bir həll yolu deyil, sadəcə, tər qoxusunun yaranmasının qarşısını alır. Bu, müvəqqəti, qısamüddətli bir həll olacaqdır. Xroniki böyrək çatışmazlığı, tiroid vəzinin düzgün işləməməsi, həddindən artıq alkoqol, qəhvə və ədviyyatlı qida qəbulu, nevroloji və ya hormonal problemlər nəticəsində həddindən artıq tərləmə problemi ilə qarşılaşa bilərik. Bu vəziyyətlərə əlavə olaraq müayinələr tamamilə normal olsa da, həddindən artıq tərləmə görülə bilər.
Hiperhidrozun müalicəsində bir neçə metoddan istifadə olunur:
1. Tərkibində 10-25%-li aliminium xlorid (AlCl3) olan antiperspirantların istifadəsi;
2. İontoforez (Iontophoresis) - İontoforez, həddindən artıq tərləmənin problem olduğu bölgələrdə yüngül elektrik cərəyanlarını dəriyə keçirən bir müalicədir. Bədənə adi sudan istifadə edərək ötürülür. Ümumi problemli bölgələr qoltuqaltı, əllər və
ayaqlardır, lakin hiperhidroz bədənin hər hansı bir hissəsinə təsir edə bilər;
3. Dərman preparatları - antixolinergik dərmanlar, beta blokatorlar, kalsium kanal blokatorları, QSİƏP preparatlar və s. Bu preparatların istifadəsi bəzi hallarda tərləməni azalda bilər, lakin yan təsirlərinə görə məsləhət görülmür;
4. Botox;
5. Tər vəzilərinin cərrahi üsulla çıxarılması və ya onların aktivliyinin azaldılması;
6. Simpatektomiya (Sympathectomy) - onurğa beynindən çıxan simpatik sinirlərin fəaliyyətinin kimyəvi və ya cərrahi yolla dayandırılması;
7. Fitoterapevtik üsul - digərlərinə nisbətən ən az yan təsirlərə malik metoddur ki, ev şəraitində də istifadəsi mümkündür.
Çobanyastığı hamamı xüsusilə ayaq və əllər üçün istifadə edilə bilər. Vannada yeddi xörək qaşığı çobanyastığı çiçəyinin üstünə iki litr qaynar su əlavə edin. Su ilıq olduqdan sonra ayaqlarınızı və ya əllərinizi 40 dəqiqə suda saxlayın. İki həftə boyunca hər axşam tətbiq edin və səhər saatlarında talk tozu istifadə edin. Bu üsulu palıd qabığı ilə də tətbiq etmək mümkündür.
Gicitkən və adaçayı otunun hər birindən bir xörək qaşığı götürün və üzərinə yarım litr qaynar su əlavə edin, soyuyana qədər gözləyin. Bir ay ərzində gündə 4 dəfə yeməkdən 1saat sonra bir fincan içə bilərsiniz.
Problemli sahələri mümkün qədər tez-tez alma sirkəsinə batırılmış pambıqla silin. Duşdan əvvəl problemli sahələri 10 dəqiqə ərzində kompres edin. Bunu etmək üçün yarım stəkan suya 1 xörək qaşığı sirkə tökün, qarışdırın və problemli yerə tətbiq edin. Qarışıq tətbiq olunduqdan sonra isti su ilə duş qəbul edin. Müalicə müddəti nizamlı olaraq 14 gündür.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar