Xəbər lenti
Koronavirusu insan yaradıb deyən viroloq bunu faktlarla sübut etdi - ŞƏKİL
Ötən gün çinli viroloqun koronavirusla bağlı iddiaları barədə məlumat vermişdik. ABŞ-da yaşayan çin əsilli viroloq Covid-19-un laboratoriyada hazırlandığını iddia etmişdi.
Türkiyə mətbuatına xəbər verir ki, Honq Konq Sağlamlıq Məktəbinin keçmiş tədqiqatçısı Dr. Li-Meng Yan səsləndirdiyi fikirləri dəlillərlə sübut etməyə çalışıb.
Onun təqdim etdiyi reportda virusun təbii şəkildə meydana çıxmayacaq qədər fərqli özəlliklərə sahib olması qeyd edilib. Həmçinin bildirilib ki, virusun yarasadan və ya hansısa heyvandan yoluxması ilə bağlı məlumatlar yalandır.
Li-Meng Yanın fikrincə, koronavirusun geninin qeyri-adi özəlliklərə sahib olması onun insan tərəfindən laboratoriyada hazırlanmasını deməyə əsas verir.
Sənəddə Vuhan Virologiya İnstitutunun illərdir koronavirusla bağlı araşdırmalar apardıqları, dünyanın ən böyük koronavirus kolleksiyasına sahib olduqları qeyd edilib.
Hesabatda bidirilir ki, kök proteinlər koronavirus hüceyrələrinin qılafına yapışır, "qonaq" hüceyrənin reseptorları ilə aktivləşməyə vasitəçi olur və bu minvalla əlaqə yaratdıqlarından infeksiyaya yoluxmada önəmli rol oynayırlar. Əldə olunan nəticə koronavirusdakı reseptorların bağlayıcı motivlərinin süni yox, təbii olması ilə bağlı iddiaları zəiflədir, həmin motivlərin təbiətdə olmadığını, koronavirusun genetik mühəndislik vasitəsilə yaradıla biləcəyini vurğulayır.
SARS virusu tarix boyunca yalnız bir dəfə meydana çıxdığına görə, təbiətin SARS-a bu qədər bənzəyən bir virus yaratması nadir hal olardı. Belə ki, SARS-ın bir növü olan koronavirusun ZC45/ ZXC21 ata virus ilə eyni hüceyrədə yerləşməsi və iki virüsün "RBM" tərzində yenidən birləşmə ehtimalı olduqca azdır./milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar