Xəbər lenti
Hamilə qadınlar bunları qətiyyən etməsinlər — Ginekoloqdan XƏBƏRDARLIQ
Ana olmağa hazırlaşan xanımları düşündürən məqamlardan biri hamiləlikdə özünəqulluq prosedurlarının ziyanlı olub-olmamasıdır.
Əslində hamiləlik xəstəlik deyil, təbii fizioloji prosesdir. Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara adi həyat sürməyi, aktiv olmağı tövsiyə edirlər.
Lakin hamiləlik zamanı bəzi qadağalar mövcuddur. Belə ki, hamiləlik dövründə qadının dırnaq, dəri və saçlarında etdiyi hər bir kimyəvi prosedur bətndəki körpəyə təsir edir. Bu həssas dövrdə çoxlarının “zərərsizdir” düşündüyü gözəllik və baxım prosedurları bəzi fəsadlara yol açır. Həkimlər hamiləlikdə ən təhlükəli dövrlərin 2-3-cü həftələr, 8-12, 18-22, 28-32-ci həftələrdə olduğunu söyləyirlər.
Manevr.az bildirir ki, cərrah mama-ginekoloq Ramilə Abbaszadə sherg.az-a açıqlamasına görə, qadın öncə başa düşməlidir ki, həyatına yalnız özü cavabdehdir.
Həkim bildirib ki, hamiləlik və südvermə ərəfəsində botoks, gialuron iynələri, mezoterapiya kimi prosedurlar qəti olmaz:
“Kosmetoloqların vədlərinə inanmayın. Botulotoksinin istifadəsi dölün qüsurlu doğulmasına səbəb ola bilər. Gözəllik iynələrində olan maddələr qana keçərək, ciftlə dölə keçir. Bu isə infeksya və viruslardan da acı nəticələr verir.
Şellak gel, dırnaq qaynağı da hamiləlikdə çox risklidir. Kəskin qoxu, kimyəvi buxarlanma orqanizmə toksiki təsir edir. Dırnaq dibindən infeksiya keçmə ehtimalı da var”.
Ginekoloq kirpik qaynağının da fəsadlara yol açma ehtimalını qeyd etdi:
“Fizioterapiya, isti bürünmələr hamiləlik zamanı problem yarada bilər. Ginekoloqsuz heç bir prosedur olmaz. Əks təqdirdə təzyiq qalxa bilər, şişkinlik yaranar, tonus artar və hamiləlik pozular.
Permanent makiyaj və tatu, döymə kimi prosedurlar zamanı ağrıkəsicilər istifadə olunur. Bu da uşaqlığın tonusunu artırır. Döymə zamanı istifadə edilən rəng dərinliyə yeridildiyindən plasentaya çatır.
Saçların kimyəvi boyalarla rənglənməsi də məsləhət görülmür. Bəziləri bunu qulaqardına vururlar. Bir çox boyalarda ammiak var. Ammiak allergiya verir, nəfəs yollarında problem yaradır. Hamiləlikdə eko boya və xınalardan istifadə etmək daha məsləhətlidir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar