Xəbər lenti
Qış aylarında koronavirus daha da şiddətlənəcək — XƏBƏRDARLIQ

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yasemin Çağlar qış aylarında koronavirusa yoluxma riskinin daha yüksək olduğunu qeyd edib. O, səbəb kimi insanların soyuq aylarda qapalı məkanlarda daha çox vaxt keçirdiyini göstərib.
Çağlar qrip və COVID-19 əlamətlərinin oxşar olduğunu qeyd edib.
"Bu vəziyyətdə xəstəxanaların yükü artacaq. Temperatur, öskürək və boğaz ağrısı simptomları olan insanlar COVID-19 şübhəsi ilə xəstəxanalara müraciət edəcək. Bu da klinikalarda yükün artmasına səbəb olacaq. Əslində həkimlərin ən böyük qorxusudur. Odur ki, həqiqətən yüksək temperaturu və tənəffüs yolları problemi olan ciddi xəstələrin müraciət etməsi iş yükümüzü yüngülləşdirməyə kömək edəcək.
Ümumi qaydalara diqqət yetirməklə yoluxma riskini azalda bilərsiniz. Buraya gigiyena qaydaları, sosial məsafə və maska daxildir", - mütəxəssis vurğulayıb
Epidemiyanın yayılması baxımından yas, toy və əyləncə tədbirlərinin böyük risk yaratdığını qeyd edən həkim ticarət mərkəzlərində də az vaxt keçirməyi məsləhət görüb. (publika.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar