Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Əsgərliyə gedən yeniyetmədə revmatizm varsa…” - Həkim rəyi

Tarix: 20-01-2017 15:39     Baxış: 3539 A- / A+
“Əsgərliyə gedən yeniyetmədə revmatizm varsa…”


“Hava şəraitinin kəskin soyuqlaşması ilə əlaqədar son zamanlar uşaqlar və yeniyetmələr arasında geniş yayılmış revmatik xəstəliklər aktuallaşır”.

Bunu teleqraf.com-a Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının revmatologiya və qastroenterologiya şöbəsinin müdiri Sahib Musayev deyib.

Onun sözlərinə görə, bu xəstəlik uşaqlar və yeniyetmələr arasında geniş yayılmış revmatik qızdırma ilə özünü büruzə verir: “Bu da əsasən angina ilə müşayiət olunan və revmatik xəstəliklər arasında ən öncül yerlərdən birini tutan revmatik qızdırmanın yaranmasına səbəb ola bilir. Streptokokk infeksiyası olan uşaqlarda birincili və ikincili profilaktikanın aparılması vacibdir. Uşaq bağçaya və yaxud məktəbə gedirsə, bu zaman onlara birdəfəlik ekstensilin preparatının vurulması vacibdir. Bu dərman 12 yaşa qədər uşaqlara 1.2 milyon dozada, 12 yaşdan yuxarı uşaqlara isə 2.4 milyon dozada müəyyən edilərək həkim tərəfindən vurulur. Nəticədə xəstəliyin yaranmasının qarşısını almaq mümkün olur”.

Şöbə müdiri qeyd edib ki, revmatizm yoluxucu xəstəlik deyil: “Bu xəstəliklərdə əsasən qidalanma rejiminə, xroniki infeksiya ocaqlarının məhv edilməsinə yönələn tədbirlərin həyata keçirilməlidir. Xroniki infeksiyaların fonunda da revmatik xəstəliklər ortaya çıxa bilər. Hərbi xidmətə gedən yeniyetmədə revmatizm xəstəliyi varsa, onlar da son dərəcə diqqətli olmalıdırlar. Çünki, səngərdə bu proses intensivləşə bilər. Revmatizm yoluxucu xəstəlik deyil, amma revmatik qızdırma yoluxucu xəstəlik kimi qiymətləndirilə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar