Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yayda yüksək təzyiqi necə normallaşdırmaq olar?

Tarix: 22-08-2020 21:36     Baxış: 3480 A- / A+
Yayda yüksək təzyiqi necə normallaşdırmaq olar?


Hipertoniya xəstələri üçün təzyiqi normada saxlamaq hər zaman üçün ən aktula problemlərdən biridir. Mütəxəsssilər hesab edir ki, yayda bu problemə daha həssas yanaşmaz lazımdır.


Manevr.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan mütəxəssislər isti havada ürəyin daha çox qan pompaladığını qeyd edərək, yüksək təzyiqi olanların daha diqqətli olmalarının vacibliyini vurğulayıblar. Məlumata görə, normal şəxslərlə müqayisədə təzyiqi olanlarda iflic olma riski 7 dəfə artıqdır. Ona görə də təzyiq xəstələrinin daim diqqət altında olmaları tələb olunur. Əks təqdirdə isə ürək infarktı, insult, böyrək çatışmazlığı, görmə pozulmaları, aorta damarlarında genişlənmə, yırtılma kimi bir çox problem ortaya çıxa bilər. Təzyiqi normada saxlamaq üçün qan dövranını normallaşdırmaq lazımdır, xroniki bir narahatlıq olan kimi təzyiq yüksələ bilər.

Təzyiq xəstəliyi həm genetik ola bilər, həm də stress, siqaret, alkoqolun təsirindən, eləcə də çəki artıqlığı və s. kimi səbəblərdən yaranması mümkündür. Artıq çəkili insanların 60 faizindən çoxunda yüksək təzyiq problemi ortaya çıxır. Çəkidə 10 faizlik artım damarlarda təzyiqi artırır və təzyiq yüksəlir. Bunun üçün ideal bədən kütlə indeksinə sahib olmaq, təzyiqi aşağı salma mövzusunda ən təsirli tədbirdir. Ona görə də qidalanmaya diqqət etmək, çəkini daim normada saxlamaq lazımdır. Duz, şəkər və undan mümkün qədər istifadə etməmək lazımdır. Eləcə də konservləşdirilmiş, paketlənmiş qidalardan uzaq olmaq tövsiyə edilir.

Hər gün 1 porsiyadan da çox meyvə-tərəvəz yemək, duzdan uzaq qalmaq, potasyumu artırmaq, təzyiqi aşağı salıb insult, beyin qanaması riskini azaldır. Yeməklərdə duz yerinə potasyumla zəngin olan qidalar - cəfəri, nanə, kəklikotu, limon suyu, soğan və sarımsaq istifadə etmək olar. Kofeinlə zəngin olan çay, qəhvə, alkoqollu içkilər qəbulu hipertoniyası olan şəxslərə mənfi təsir edir. Az yağlı qidalar da qan təzyiqini azaldır. Yeməklərdə istifadə olunan yağlar da çox əhəmiyyət kəsb edir. Doymuş və qatı yağlar istifadə edilməməlidir. Ən çox bitki yağları qəbul olunmalıdır. Bundan başqa, isti havalarda bol maye içmək məsləhət görülür.

Tək qidalanmaya diqqət etməklə kifayətlənmək olmaz. Yüksək təzyiqi olanlar üçün nizamlı şəkildə təzyiq əleyhinə dərman qəbulu, təzyiqin təqib olunması, eləcə də fiziki aktivlik çox önəmlidir. Qan təzyiqinin normada saxlanması üçün həftənin müəyyən günləri məsləhət görülən idman hərəkətləri edilməlidir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar