Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəzən virus və ürək səbəbli təngnəfəslik yanaşı olur — Kardioloq

Tarix: 08-08-2020 09:08     Baxış: 3344 A- / A+
Bəzən virus və ürək səbəbli təngnəfəslik yanaşı olur — Kardioloq


Pandemiya dönəminin daha çox təsir göstərdiyi sahələrdən biri də kardioloji sahədir. COVID-19 xəstəliyi yanaşı xəstəliyi olanlarda, xüsusilə də ürək xəstələrində ağırlaşmış klinika ilə, bəzən isə mortallıqla nəticələnir.


Manevr.az
AzərTac-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mütəxəssis kardioloqu Sara Bayramzadə deyib.

O, hazırda kardioloqlara müraciət edənlərin sayının artdığını bildirib: "Əsas şikayətlər təngnəfəslik və zəiflikdəndir. Təngnəfəslik şikayəti ürək çatışmazlığında da müşahidə edildiyindən, koronavirusa yoluxduqlarından xəbərsiz olanlar təngnəfəslik əlamətlərinə görə kardioloqa da müraciət edirlər. Dəqiq diaqnoz isə müayinə zamanı aydınlaşır.

Bəzən isə həm ürək, həm də virus səbəbli təngnəfəslik yanaşı olur. Bu hal mütləq hospitalizasiya tələb edir".
Mütəxəssis vətəndaşların ürək xəstəliklərindən qorunması üçün önləyici tədbirlərin görülməsini də vacib sayır. Onun sözlərinə görə, qorunma tədbirləri ilk növbədə epidemioloji şəraitə uyğunlaşdırılmalıdır: "Ürək xəstələrinin ayrıca özəlliyi onlara təyin olunan müalicələrin mütəmadi davam etməsindədir. Eyni zamanda, vətəndaşlar virusun yaratdığı həyəcanı, təşviş hissini minimuma endirməyə çalışmalıdırlar. Hipertoniya xəstəliyi səbəbi ilə müalicə qəbul edənlərə AÇFİ qrup preparatları - lizinopril, ramipril, perindoprili alternativləri ilə əvəz etmək məsləhət görülür. Çünki həmin preparatlar koronavirusa yoluxmanı artıra bilər. Bu da ürək xəstələrində unudulan, lakin önəmli olan məsələdir.

Ümumiyyətlə, hamı bilməlidir ki, stress koronavirusdan qorunmada önəmli olan immun sistemini zəiflədir. Ona görə də mümkün qədər stressdən uzaqlaşmaq, pozitiv düşüncələrə köklənmək zəruridir.

Lazım gələrsə, sedativ bitki tərkibli preparatlar qəbul edilməli, hətta onlayn psixoloq konsultasiyası xidmətindən istifadə olunmalıdır. Lakin vətəndaşların xalq arasında populyar olan virus əleyhinə və ürək dərmanlarını həkim göstərişi olmadan qəbul etmələri də yolverilməzdir".

Hər kəsi xüsusi rejimin şərtlərini gözləməyə, yay günlərində D vitamininin əsas mənbəyi olan Günəş şüalarından yararlanmağa çağıran həkim ürək xəstələrinə əvvəlcədən təyin olunmuş müalicəyə kardioloq konsultasiyası olmadan fasilə verməməyi tövsiyə edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar