Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ən faydalı qidalar – SİYAHI

Tarix: 02-08-2020 15:33     Baxış: 4384 A- / A+
Ən faydalı qidalar – SİYAHI


Bədənin ehtiyac duyduğu vitaminlər, minerallarla daha çox zəngin olan, əksər orqanları, immun sisitemini gücləndirən, metobalizm prosesini sürətləndirən bir çox təbii qidalar var. Vaxtaşırı olaraq həmin qidaların siyahısı, faydaları barədə məlumatlar yayılır. Bu dəfə də alimlər orqanizmi qorumaq, ömrü uzatmaq, daha sağlam yaşamaq üçün hansı qidalara daha çox üstünlük veməli olduğumuzu açıqlayıblar.

e-tibb.az Türkiyə mətbuatına istinadən həmin qidaları təqdim edir:

Kefir- kalsium, fosfor və maqnezium, protein mənbəyidir. İmmun sistemini gücləndirir. Gündə bir stəkan yemək olar.

Banan- potasiumla zəngindir, ən çox ürəyi qoruyur. Bir gündə bir orta ölçülü banan yemək olar.

Moruq- sağlam hüceyrələrin məhv olmasının qarşısını alır, ürək üçün faydalıdır. Artıq çəkiyə qarşı da qəbul oluna bilər.

Portağal-immun sistemi üçün çox faydalıdır, C vitamini qaynağıdır. Həmçinin xolesterini və yüksək təzyiqi endirməyə yardım edir. Bir gündə bir ədəd yemək olar.

Kivi- portağaldan da artıq C vitamini mənbəyidir, həmçinin E vitamini qaynağıdır, güclü antioksidantdır, potasium, maqnezium və sinklə də zəngindir. Bir gündə bir ədəd yeyilə bilər.

Nar- C vitamini və potasiumla zənginliyinə görə digər bütün meyvələrdən üstündür. O biri meyvələrlə müqayisədə daha az kalorilidir. Hər gün nar yemək xərçəng riskiini də azaldır.

Pomidor- enerji deposudur. Xərçəngə qarşı ən effektiv silah sayılır. Gündə bir ədəd yemək tövsiyə olunur.

Qoz- hər 28 qramında 4 qram protein var. Ürək sağlamlığı üçün faydalıdır. Çəkinin nizamda qalmasına yardım edir. Xərçəngə qarşı da istifdaə oluna bilər.

Qatıq- təbii qatıq kalsium, potasium, proteinlə zəngindir. Bağırsaqlar üçün faydalı olan bakteriyaları gücləndirir, A, D, E ve K vitaminləri ifraz edir. Bir gündə 200 qram yemək olar.

Təmiz buğda çörəyi-buğdada olan liflər yoğun bağrsaq xərçəngi riskini 40 faiz azaldır. İmmunitetin normal çalışmasına yardım edir. Bir gündə bir dilim buğda çörəyi yemək olar.

Badam- Xolesterin səviyyəsini normada saxlayır. Bağırsaqların fəaliyyətini nizamlayır. İmmuniteti gücləndirir. E vitamini ilə zəngindir. Qocalmağı ləngidir. Gündə 5 ədəd tövsiyə edilir.

Sarımsaq- virusla mübarizə aparır, immuniteti gücləndirir. Ürəyi qoruyur. Bir gündə bir diş sarımsaq yemək olar.

Cirə - ürəyə faydalıdır, iltihabı azaldır, imminiteti gücləndirir. Gündə bir yemək qaşığı istifadə oluna bilər.

Zeytun yağı- immun sistüemini gücləndirir. Ürəyi qoruyur, viruslara qarşı təsirilidir.

Yaşıl mərcimək - Bir qab yaşıl mərciməkdə 18 qram protein, 16 qram lif, 1 qramdan az yağ var. İspanaqdan 30 faiz daha çox fol turtşusu ehtiva edir. Sink və B vitamini deposudur. Ürəyi qoruyur, qanda şəkəri nizamlayır. Dəmirlə zənginliyi sayəsində metabolizmanı dəstəkləyir.

Ən faydalı qidalar siyahısında daha sonar bunlar yer alıb:

Çuğundur yarpağı

Göbələk

Darçın

Balqabaq

Badımcan

Balıq məhsulları

Kətan toxumu

Yulaf yarması

İspanaq

Gül kələm

Brokoli

Avokado

Kələm

Şəkər çuğunduru

Zəncəfil

Qreyfrut

Yumurta

Soğan

Razyana

Narıngi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar