Xəbər lenti
Koronavirusa qarşı mübarizədə bu dərmanlardan İSTİFADƏ OLUNACAQ

Koronavirus infeksiyasına yoluxmaqdan qorunmaq üçün yeni dərman sinfi ərsəyə gətirilib.
Manevr.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov özünün “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, orqanizmi yeni koronavirusdan qorumağın açarı – monoklonal anticismlərdədir və peyvənd hazır olana qədər bu vasitədən istifadə etmək mümkündür:“Bu, (dərmanlar-red) etibarlı və təhlükəsiz peyvənd alınana qədər risk faktorları olan qruplarda COVID-19-un qarşısını almağa xidmət edəcək”.
Həkim görülən bu işlərin çox perspektivli olduğunu deyib:
“Bu anticismlər sayəsində mütəxəssislər müəyyən bir virusa qarşı çox güclü və olduqca xüsusi bir silaha sahibdirlər”.
Myasnikov bu dərmanların adı ilə ayırd etməyin asan olduğunu vurğulayıb: Onların hamısı “-mab”la bitir – “Tozilisumab”, “Ramizisumab”, “Amisizumab” və sair.
Baş həkimin sözlərinə görə, bu cür dərmanlar çox bahalı olsa da, effektivdir.
Bununla belə, o, bu dərmanların xəstəliyin ağır gedişinin qarşısını almaq üçün yalnız risk altında olan insanlar tərəfindən istifadə edilməli olduğunu vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar