Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəyə 100 təcili tibbi yardım maşını gətiriləcək - Baş nazir

Tarix: 15-07-2020 22:56     Baxış: 2319 A- / A+
Ölkəyə 100 təcili tibbi yardım maşını gətiriləcək - Baş nazir


Hazırda Azərbaycanda koronavirus xəstələri 35 şəhər və rayondakı 50 xəstəxanada müalicə alır.

Manevr.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Baş Nazir Əli Əsədov deyib.

“Bu xəstəxanaların 36-sı son vaxtlar inşa edilib, o cümlədən modul tipli xəstəxanalardır. Həmçinin ambulator tibb müəssisələri də mövcuddur ki, xəstəliyi simptomsuz keçirənlərin müalicəsinə cəlb olunub. Bakıda 40 belə müəssisə var. Koronavirus xəstələri üçün çarpayıların sayı 10 mindən çoxdur.

Son vaxtlar 300-dən çox süni tənəffüs aparatı gətirilib. Həmçinin tibb xidmətinə müraciətlərin sayının artması nəzərə alınaraq 84 təcili tibbi yardım maşını alınaraq ölkəyə gətirilib, iyul-avqust aylarında daha 100 avtomobil gətiriləcək” - deyə hökumət başçısı qeyd edib.

Bundan başqa, Baş Nazirin sözlərinə görə, son aylar ölkədə koronavirus testi vermək üçün loboratoriyaların sayı 6-dan 30-a, gündəlik test vermək imkanı isə 1000-dən 10 000-ə çatdırılıb. Yaxın vaxtlarda isə yeni loboratoriyaların hesabına bu rəqəm 12-13 min olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar