Xəbər lenti
Artıq xəstəlik az qala hər ailənin qapısını döyür... - Professor

"Elan olunan karantin şərtlərinə düzgün əməl olunmur".
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla karantin şərtlərinin daha da sərtləşdirilməsindən danışarkən deyib. Onun fikrincə, əsas olan vətəndaşların deyilən şərtlərə əməl etməsidir:
"Əslində karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac var. Amma bu qaydalara nə dərəcədə əməl edilir? Bunun cavabı çox önəmlidir. Bu iki həftədə hərə əlinə bir arayiş alıb rayonlara üz tutdu, eləcə də rayonlardan Bakıya gələnlərin ardı-arası kəsilmədi. Yəni, elan olunan karantin şərtlərinə düzgün əməl olunmur. Ortada əziyət çəkən isə xalqdır. Xeyli insan evdə qalmaqdan bezib".
Professor hesab edir ki, ən vacibi karantinin formasını tapmaq və maarifləndirici tədbirlər görməkdir:
"İnsanlar yavaş-yavaş anlayır, başa düşür ki, xəstə sayı artır, xəstəlik hər ailənin qapısını döyür. İnsanlar xəstəliyinin ciddiliyini anladıqca qorunmağa üstünlük verir. Hər halda maarifləndirici tədbirlər görülməlidir".
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar