Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb Universitetindən İbadulla Ağayevlə bağlı AÇIQLAMA

Tarix: 02-07-2020 21:22     Baxış: 4311 A- / A+
Tibb Universitetindən İbadulla Ağayevlə bağlı AÇIQLAMA

Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova "report"a bildirib ki, karantin rejimi ilə əlaqədar ATU-da tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır:

“O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib. Lakin təəssüf ki, jurnalist İ.Ağayevin axşam müsahibə verəcəyi ilə bağlı hissəni yazmadan yalnız Baş epidemioloqun ölkədəki durumdan xəbərsiz olduğunu yazıb.

Qeyd edək ki, İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir.

Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur. Qeyd edim ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar