Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kondisionerlər koronavirus yayır?

Tarix: 28-06-2020 11:08     Baxış: 3267 A- / A+
Kondisionerlər koronavirus yayır?

"Kondisionerlərin koronavirusu yayması ilə bağlı hər hansı təsdiq olunmuş məlumat yoxdur".

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bunu kardiocərrah, tibb elmləri doktoru, Nazirlər Kabineti yanında Operativ Qərargahın Qərargahın tibbi eksperti Rəşad Mahmudov açıqlayıb.
R. Mahmudov deyib ki, ancaq kondisionerlərin istənilən şəraitdə istifadə edilməsi məsələsinə də həssas yanaşmaq lazımdır: "İnfeksiyaya yoluxmuş insanların uzun müddət kondisionerin altında yatması onların durumunu daha da ağırlaşdıra bilər. Eyni zamanda avtomobillərdə kondisionerlərdə daxili sirkulyasiya düzgün olmaz, çöldəki hava ilə sirkulyasiya vacibdir. Çünki avtomobildə virus olsa, bunu yaya bilər".

İnfeksion xəstəliklər və kliniki mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Vasif Əliyev e-tibb.az-a bildirib ki, kondisionerli havada insan daha tez xəstələnir, immun sistemi daha tez aşağı düşür: "Soyuq hava zökəm kimi xəstəliklərin daha tez yaranmasına səbəb olur. Kondisioner havasında nə qədər çox otursaq bir o qədər bədən müqavimətimiz zəifləyir. Xəstəliyə yoluxma riskimiz də artır. Ancaq havanın, mövsümün bu xəstəliklə əlaqəsi yoxdur. Havada gərək virus olsun ki, kondisioner virusu yaysın. Virus olmadığı halda kondisoner onu necə yaysın, çöldən virus gəlmir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar