Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dırnaqlarda yaranan dəyişikliklər nəyin əlamətidir?

Tarix: 27-06-2020 20:19     Baxış: 3310 A- / A+
Dırnaqlarda yaranan dəyişikliklər nəyin əlamətidir?

Dırnaqlarda qırılma, kövrəklik, saralma, qaralma, göyərmə, qanlanma, qalınlaşma, ayrılma, ağrı, şişmə, qızartı və s. kimi dəyişmələr dırnaq xəstəliyindən xəbər verir.

Manevr.az xəbər verir ki, bunu dermatoloq, uzman həkim Mehdi İskəndərli bildirib. Onun sözlərinə görə, bəzi dırnaq xəstəlikləri dəri patologiyaları ilə paralel şəkildə yaranır. Yəni, dəri xəstəlikləri yarandığı zaman paralel olaraq ayaq və əl dırnaqları da zədələnə bilir. Məsələn, əl ekzeması xəstəliyi zamanı bütün dırnaqlarda deformasiyalar yarana bilər. Belə olan halda dəri xəstəliyi dırnaqlarla birlikdə müalicə edilir. Dırnaqların göbələk mənşəli xəstəliyi isə ən sıx görülən dırnaq problemlərindən biridir. Bu xəstəliyin tam müalicəsi mümkündür. Həkim deyib ki, dırnağın göbələk infeksiyasını müalicə etmək üçün bəzən aylar lazım olur:

“Xəstə səbrli olarsa və kontrollara zamanında gələrsə bu işi sonuna qədər çatdırmaq mümkündür. Çox adam düşünür ki, dırnaq xəstəlikləri müalicə edilmir. Bu, xətalı fikirdir. Dırnaq xəstəlikləri müalicə edilir lakin, bu sualın cavabı həm də xəstəliyin növündən asılıdır”.

M.İskəndərli vurğulayıb ki, bəzi dırnaq xəstəliklərinin müalicəsindən çox onun daxili orqan və sistemlərin patologiyalarına işarə olması önəmlidir:

“Cünki, dırnaq xəstəliklərinə səbəb olan daxili xəstəliklər aradan qaldırılmasa, dırnaqların düzəlməsi mümkün deyil. Bundan başqa dırnaqlardakı problemlər əgər daxili orqanların xəstəliklərinin aşkar edilməsində rola sahibdirsə o zaman xəstələr dırnaq şikayəti yarandığı zaman dermatoloq həkimə müraciət etməlidirlər ki, həyati təhlükəli sistem problemləri zamanında aşkar edilsin və lazımi tədbirlər görülsün”.

Dermatoloq bildirib ki, bəzi hallarda həkim səbəbləri araşdırmaq üçün xəstədən əlavə olaraq mikrobioloji, laboratuar, radioloji analizlər istəyə bilər. Diaqnozu dəqiqləşdirmək üçün hətta dırnaq biopsiyası tələb edilə bilər./e-tibb.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar