Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yoluxmanın neçənci günündə test və KT doğru nəticə göstərir? - Radioloqdan AÇIQLAMA

Tarix: 26-06-2020 23:19     Baxış: 4325 A- / A+
Yoluxmanın neçənci günündə test və KT doğru nəticə göstərir? - Radioloqdan AÇIQLAMA

Son günlərin ən çox rast gəlinən sualı radioloji müayinələrdə COVİD pnevmoniyası aşkar edildiyi halda, xəstəlik üçün spesifik hesab edilən PCR testin (yaxma) neqativ nəticə göstərməsi ilə bağlıdır.

İnsanlar narahatdır, əgər xəstəliyin kliniki gedişi, əlamətləri və KT görüntüləri COVİD üçün xarakterdirsə, nədən test neqativdir?

Manevr.az medicina.az-a istinadən ATU Cərrahiyyə klinikasının radioloqu Məlahət Cahangirin açıqlamasını təqdim edir:

"İlk öncə qeyd edim ki, elmi faktlara, sübutlara əsaslanmayan, praktiki nəticələrə söykənməyən heç bir fikir sizləri çaşdırmasın. Tədqiqatlar göstərir ki, yoluxmanın 1-4 günlərində testin yanlış mənfi nəticələri uyğun olaraq 100% -dən 60% -dək azalır, 8-ci gündə hətta 20% ola bilir. Bu baxımdan yoluxmadan sonrakı 8-ci gün test üçün optimal zaman hesab edilir.

Sonrakı 9-21 günlərdə isə yanlış mənfi nəticələr 66%-dək yüksəlir. Deməli, testin nəticələrinə təsir edən amil onun götürüldüyü vaxtdır.

Xəstəlik inkişaf etdikcə virus aşağı tənəffüs yollarında lokallaşır və bu səbəbdən test yanlış neqativ olur.

Lakin pandemiyaya nəzarət etmək üçün testin aparılması vacibdir və yanlış mənfi nəticələr heç də bu prinsipə təsir etməməlidir.

Bu testin həssaslığının 70-80% arasında dəyişdiyi göstərilsə də, spesifikliyi çox yüksəkdir - 98%-dən yüksək.

Yanlış mənfi nəticələrin digər səbəbləri testin düzgün götürülməməsi ola bilər, ayrıca biomaterial virusun təyin edilməsi üçün lazımi həcmdə götürülməlidir.

Bir maraqlı məqam isə odur ki, əgər test siqaret çəkmədən dərhal sonra götürülərsə, yanlış mənfi nəticənin olması ehtimalı daha yüksəkdir. Çünki siqaret çəkmə virusun RNT-sinin xaric olmasını tormozlaya bilir.
Həmçinin xəstə testdən qabaq antiseptik və yaxud digər maddələrlə qarqara etmişdirsə, bu zaman da testin nəticələri yanlış mənfi ola bilər.

Testin etibarlı nəticəsi üçün testin götürülməsinə hazırlıq, biomaterialın götürülməsi, nümunənin laboratoriyaya daşınması və nəticələrin interpretasiyasından ibarət düzgün zəncir qurulmalıdır.

Odur ki, COVİD pnevmoniyasının diaqnostikasında səciyyəvi kliniki əlamətlər və səciyyəvi KT görüntüləri vacib hesab edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar