Xəbər lenti
Tanınmış həkim FAKTLARI AÇDI - Virusu bu insanlar yayır, cəmi 20%...

“Tədqiqat göstərmişdir ki, bütün yoluxan və virus gəzdirənlərin cəmi 20%-i virusu sürətlə yayır. Qalan 80% insan virusu bir-birindən yox, məhz o 20% super paylayıcıdan alıbmış. Bu insanlara super paylayıcılar deyilir. Həmin insanlar immun zəif və simptomatik insanlardır”.
Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkim bildirib ki, immun zəif insanların bədənində virus daha sürətlə artır və nəfəsində virus daha çox olur: “Bəs simptomatik xəstələr niyə çox yayır? Çünkü onlarda temperatura görə metabolizm sürətlənib, yəni virus istehsalı da yüksəlib. Həm onlar bir dəqiqə ərzində daha çox nəfəsvermə aktı icra edir.
İmmun zəiflikdən əlavə, bəzi yerlərdə bütün virus gəzdirənlər müvəqqəti də olsa super paylayıcıya çevrilirlər. Qapalı, ventilyasiyası zəif olan mühitdə, insanların çox toplaşdığı yerdə və çox yaxın kontakt zamanı adi virus gəzdirənlər super spreaderlərə çevrilir”. /publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar