Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəlkə də artıq ikinci dalğanı yaşayırıq - İnfeksionist

Tarix: 02-06-2020 11:19     Baxış: 4260 A- / A+
Bəlkə də artıq ikinci dalğanı yaşayırıq - İnfeksionist


“Koronavirusla bağlı prosesdə tək özümüzü yox, həmçinin insanlığı düşünməliyik”.

Manevr.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında infeksionist-hepatoloq Vüsalə Yaşar deyib.

İnfeksionist karantinin yumşaldılması prosesini belə qiymətləndirib:


“Bəlkə də biz artıq ikinci dalğanı yaşayırıq. Çünki karantin şərtləri yumşalandan sonra gördüyümüz bu oldu ki, əhali daha da məsuliyyətsiz yanaşmağa başladı. Burada bir tərəfdən inamsızlığın böyük rolu var. Digər tərəfdən də əhalinin böyük qisminin məsuliyyətsizliyinin əsas rolu var. İnamsızlıq barədə ümumiyyətlə rəy bildirmək istəmirəm. Çünki mənim üçün müzakirə mövzusu belə deyil. Ancaq məsuliyyətsizliklə bağlı onu deyə bilərəm ki, bizdə bəzi şeylərə yalnız cərimə xətrinə əməl olunur. Məsələn, əksər insanlar şəxsi avtomobillərində qoruyucu kəmərləri cərimə olunmamaq üçün taxırlar. Öz sağlamlığını düşünərək kəmər taxan çox az insan var. Maskalar üçün qoyulan cərimələri haqlı qərar kimi qəbul edirəm. Karantin yumşaldılandan sonra hamı küçələrə axışdı. Halbuki bu o demək deyil ki, siz rahatlayın və istədiyiniz şəkildə davranın. Heç bir ölkə illərlə, aylarla karantini tətbiq edə bilməz. Karantinin əsas məqsədi xəstəxanaların xəstə qəbulu limitini aşmamaqdır. Digər məqsədi isə zaman əldə etməkdir. Zaman əldə edildikdən sonra artıq modul tipli xəstəxanaların bəziləri inşa edildi. Bəzilərinin isə inşası bitmək üzrədir. Artıq yoluxan xəstələr həmin xəstəxanalara yönləndiriləcək. Bizim kifayət qədər çarpayı sayımız və təchizatımız oldu”.

Bəlkə də artıq ikinci dalğanı yaşayırıq - İnfeksionist


V.Yaşar insanlardakı inamsızlığın ciddi fəsadlara yol açacağını vurğulayıb:


“Yumşalmanın mənası o deyil ki, insanlar çıxıb küçələrdə rahat şəkildə gəzməlidir. Bəzi şəxslər deyir ki, yoluxma artırsa, karantin niyə yumşaldılır? Ancaq anlamırlar ki, karantin zaman əldə etmək üçün tətbiq edilmiş metoddur. Yeni növ virus olduğundan onun haqqında məlumat toplamağımız üçün bu zamana ehtiyacımız var idi. Heç bir işi-gücü olmayan şəxslər belə küçələrdə gəzir. İnsanların sosiallaşmaq istəyi normaldır. Amma ifrat dərəcədə olmalı deyil. Bu, yaşlıların və digər qrup insanların sağlamlığını riskə atmaq deməkdir. Karantin daha da yumşaldılacaq. Ancaq insanlarımız məsuliyyəti hiss etməlidirlər. 2 aydır ağır xəstələrlə işləyən bir həkim kimi gözümlə gördüyüm üçün istəmərəm ki, kiminsə yaxınında, qohumunda belə bir xəstəlik özünü büruzə versin. Bunun da qarşısının alınmasının yolu çox bəsit qaydalardan keçir - cərrahi maskalardan istifadə və sosial izolyasiya qaydalarına əməl etmək.

Xəstəliyi yüngül keçirənlər yaşlı və ya xroniki xəstəliyi olan insanları rahatlıqla yoluxdura bilər. Onu da qeyd edim ki, bizə gələn xəstələrin böyük qismi gənclərdir və onlarda ağır pnevmoniya inkişaf edir. Gənclərin isə süni tənəffüs aparatına qoşulma ehtiyacı çoxaldıqca vəziyyət daha da gərginləşə bilər. Rəqəmlər isə bildirilən saydan çox ola bilər. Çünki bəzi şəxslər xəstəliklərini gizlədir, bəziləri isə testlərdən boyun qaçırır. Əlavə edim ki, artıq xəstəxanaların böyük qismi dolub. Çalışdığım xəstəxanada belə artıq yataq yoxdur. Yeni gələn xəstələrin modul tipli xəstəxanalara yerləşdirilməsi planlaşdırılır. Buna görə də vətəndaşlarımızı məsuliyyətli olmağa dəvət edirəm. Hər kəs təkcə özünü yox, həmçinin ailəsini və cəmiyyəti düşünsə, itkilərimiz minimuma enə bilər”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar