Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yağlı süd məhsulları diabet və təzyiqdən qoruyur - Nə yeməli?

Tarix: 27-05-2020 23:01     Baxış: 4266 A- / A+
Yağlı süd məhsulları diabet və təzyiqdən qoruyur - Nə yeməli?

Yağlılıq faizi orta olan süd məhsulları - pendir. yoqurt, kəsmik və s. əslində diabet və hipetroniyadan qoruyurmuş.

Manevr.az medicina.az-a istinadən bildirir ki, maddələr mübadiləsi pozulmasının qarşısını almaq üçn gündə ən azı 2 pay kəsmik, yağlı yoqurt, sırnik, pendir yemək lazımdır ( təxminən 150 qr)

Belə ki, BMJ Open Diabetes Research & Care. adlı nüfuzlu dərgidə çap olunan beynəlxalq elmi araşdırmanın nəticələri də bunu deyir.

Alimlər 21 ölkənin: Argentina, Kanada, Çin, Hindistan, Polşa, Ərəbistan, Türkiyə, İsveç və s. ölkələrin 150 mindən artıq sakininin sağlamlıq baza məlumatlarını araşdırıb. Onların yaşı 30-73 yaş arasında olub. Bu insanlar müxtəlif irqlərə, dinlərə, qida ənənələrinə malik idi.

Onlar qidalanma və sağlamlıqları ilə bağlı suallara cavab veriblər.

Alimlər onların qanda şəkəri, təzyiqi, çəkisi, zərərli vərdişləri, xəstəliklərini nəzərə alıb. Bu müşahidə və araşdırmalar düz 9 il davam edib.

Nəticələr göstərib ki, bu insanların içində daha çox süd məhsulu (südün özü yox), xüsusən yağlı növlərini yeyənlərdə metobolik pozulma sindromu, diabet, təztiq və digər xəstəliklər az rast gəlinib.

Gündəlik rasionda 2 pay yoqurt, kəsmik və s. olan insanda diabet riski 24%, kökəlmə 13% azalır.

Az yağlı və yağsız süd məhsullarında belə effekt yoxdur.

"Əldə etdiyimiz nəticələr daha geniş və kütləvi tədqiqatlar nəticəsində dəqiq sübut olunsa, o zaman ürək-damar, şəkər xəstəliklərinin dünyada qarşısı yağlı süd məhsullarının geniş istifadəsi və əlçatanlığı ilə alına bilər" - deyə müəlliflər bildirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar