Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Bəlkə illər boyu bu infeksiya ilə yaşamalı olduq..." - Şok açıqlamalar

Tarix: 27-05-2020 11:47     Baxış: 2315 A- / A+
"Bəlkə illər boyu bu infeksiya ilə yaşamalı olduq..." - Şok açıqlamalar


Yeni dövrdə yalnız bir neçə ay yox, bəlkə illər boyu bu infeksiyanın mövcudluğu şəraitində yaşamağı öyrənəcəyik.

Manevr.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın COVİD-19-la bağlı açıqlamalarında deyib.

O, üç-dörd əsrdir qloballaşamanın insan həyatının bir parçasına çevrildiyini bildirib: "Ancaq bütün dünyanın bir hadisədən təsirləndiyi çox az vaxt olub. Pandemiya dövründə kimsənin böyüklüyü əhəmiyyət kəsb etmədi. Çağımızın bəlkə də yeganə əlaməti "qeyri-müəyyənlik" oldu".

Çindən ABŞ-a qədər bütün dünyanın koronavirus qarşısında diz çökdüyünü vurğulayan İbrahim Kalının sözlərinə görə, bununla belə, Çin və Şərq iqtisadiyyatının bu krizisdə yüksəlişi sürətlənib.

Türkiyə Prezidentinin sözçüsü virusun yayılmasında ölkələrin biri-birini günahlandırmasını düzgün hesab etməyib: "Reallıq belədir ki, biz qlobal kənddə yaşayırıq, bu infeksiyanın yayılmasında hamımızın suçu var. Bütün günahı və ya qələbəni bir ölkənin çiyninə yükləməli deyilik".

İbrahim Kalın koronavirusa qarşı vaksinin qlobal əməkdaşlıq hesabına ərsəyə gətirilə biləcəyini qeyd edib: "Bir ölkənin və ya bir elmi mərkəzin təkbaşına vaksin yaradacağına inanmıram".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar