Xəbər lenti
Zəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar? – Metodun sirri
Körpələri və uşaqları yayda duzlu gölə, duzlu dəniz suyuna salmaq, çimdirmək, dəniz havası, qumunun uşaq orqanizminə nə qədər faydalı olması barədə yəqin ki, bilirsiz.
Məhz dəniz duzu, suyu, havası uşaq immunitetini möhkəmləndirir.
Eləcə də dənizə gedə bilməyənlər duz dağı, mağarası, xüsusi kurortlarda duz otaqlarında nəfəsalma terapiyası keçə bilər.
Manevr.az xəbər verir ki, duzun uşağa təsiri hələ yüz illər əvvəl, dəniz olmayan bölgələrdə də insanlara məlum idi. Bəs o zaman insanlar nə edirdilər. O zamanlar duz defisit idi, çox baha satılırdı, karvanlarla uzaq ellərdən gətirilirdi.
XIII əsrdə tibbi kitablar müəllifi Aldobrandino Siena uşaqların bədənini duzla ovmağı məsləhət görürdü.
Bu metoda qədim rus, Ukrayna, Sibir xalqları da əməl edirdi.
Uşağın bədənini duzla masaj edib, duzla ovurdular. Bədənin elə bir nahiyəsi qalmırdı ki, ora duz dəyməsin.
Sonra uşağı isti bələyib, bir neçə saat belə saxlayırdılar.
Uşağın bu prosedurdan nə qədər əziyyət çəkməsi məlum deyil, amma dərinin duza dözməsi onun üçün çətin olardı. Uşaq təbii ki, duzun yandırmasına görə qışqırır, ağlayırdı. Lakin valideynlər buna fikir vermirdilər. Çünki onlara boqatır kimi güclü bədənli, immunitetli uşaq lazım idi və dözməlidir.
Zəngin ailələr isə duzu dəriyə çəkmir, uşağı elə duz topasının içində tam örtürdülər.
Belə müaicəvi profilaktik tədbirdən sonra uşağın sağlam olacağına inanırdılar.
Zəif doğulmuş, xəstə uşaqları da ayağa qaldırmaq üçün bu metod məsləhət görülürdü.
Əslində bu metodu düzgün bilmədən etmək və aşırı istifadə etmək faydadan çox zərər verə bilər. Həm də indi orta əsrlər deyil. Uşağı sadəcə dənizə, duz mağarasına apara bilərsiz. Amma arada təbii dəniz duzu ilə (apteklərdə satılır) uşaq bədənini yumaq, vanna və masaj etmək faydalı ola bilər.
Buna 1 yaşından başlamaq olar./medicina.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar