Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Baş infeksionist xəbərdarlıq etdi: Bu dəfə çox çətin olar...

Tarix: 19-05-2020 15:55     Baxış: 4269 A- / A+
Baş infeksionist xəbərdarlıq etdi: Bu dəfə çox çətin olar...

Koronavirusun ağır forması xəstəxana şəraitində müalicə tələb edir. Amma insanların xəstəliyi yüngül keçirdikləri üçün evdə qalmaları düzgün deyil. Bu, epidemioloji nöqteyi-nəzərdən təhlükəlidir. Xəstəliyin başqasına keçmə ehtimalını azaltmaq, yayılmasının qarşısını almaq, evdə izolyasiya etmək çox çətindir.

Manevr.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir:

"Əgər xəstəni ətraf mühitdən tam izolyasiya edib, başqalarını yoluxdurmasının qarşısını alaraq ev şəraitində onun müalicədən sonra laborator müayinəsini həyata keçirə bilsək, xəstəni evdə də müalicəsi mümkündür. Bunları edə bilmiriksə, xəstə mütləq xəstəxanada yatmalıdır".

Ölkədə karantin rejiminin tədricən yumşaldıldığını deyən Cəlal İsayev bu qərarların ölkədəki vəziyyət təhlil olunduqdan sonra qəbul edildiyini qeyd edib. Onun sözlərinə görə, xəstəliyə yoluxanların artıb-azalması epidemiya dövründə müşahidə olunan haldır: "Bu say artıb-azala bilər. Nəzərə alaq ki, bir yandan da ölkəmizə xaricdən vətəndaşlarımızın gətirilməsi prosesi davam edir. Məsələn, Ukrayınadan gətirilən 120 nəfərdən 29-da koronavirus aşkarlanıb. Bunlar da yoluxma sayına təsir göstərir.

Bu, epidemiya dövründə baş verən təlatümlərdir və belə dalğavari enib-qalxmalar müşahidə oluna bilər. Bundan çəkinmək lazım deyil. Sadəcə olaraq ölkədaxili yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrə əməl etməliyik. Əsas insanların ölkədaxili yoluxmasının qarşısı alınmalıdır. Bu, çox təhlükəlidir və yoluxma sayı artarsa, bizim zamanında müdaxilə etməyimiz çətinləşəcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar