Xəbər lenti
Azərbaycanda bir küçədə 53 nəfər koronavirusa yoluxdu, giriş-çıxış məhdudlaşdırıldı - RƏSMİ
Yevlaxda "Qaraçılar məhəlləsi" adlanan küçənin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.
Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.
Manevr.az xəbər verir ki, məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov apa-ya açıqlamasında qeyd edib ki, Yevlaxda həmin məhəllədə bir qrup sakin karantin rejiminin tətbiqinə etiraz olaraq toplaşıblar: "Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Belə ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinidir.
Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək. Məhəllədə yaşayan insanların bəziləri karantin rejimin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar