Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Professordan Covid-19-un siyasi oyun olmasıyla bağlı açıqlama

Tarix: 16-05-2020 11:36     Baxış: 3369 A- / A+
Professordan Covid-19-un siyasi oyun olmasıyla bağlı açıqlama

"Koronavirusun siyasi oyun olması ilə bağlı iddialar şayiədir”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor insanları şayiələrə inanmamağa səsləyib:

"Bu, ayrı-ayrı adamların əsassız fikirləridir. Koronavirus təzə yayılmayıb. Bu artıq 1965–ci ildən müəyyən edilib, hətta ondan da əvvəl mövcud olub. Heyvanlardan insanlara keçən virusdur. Bunun da mənbəyi bilinir. Koronavirusun bu növü ağır olduğundan yoluxucudur və ciddi ağırlaşma yaradır. Burada heç bir siyası oyundan söhbət gedə bilməz. Ola bilər ki, pandemiyadan hərə özü üçün istifadə eləsin, bu isə ayrı mövzudur. Amma fakt odur ki, infeksiya var, ondan qorunmaq lazımdır”.

Adil Qeybulla qeyd edib ki, karantin məhdidiyyətlərinin yumşalmaları da mütləq olmalıdır:
"Çünki sosial həyat uzun müddət dona, karantin davranışları dəyişə bilməz. İnsanların maska taxması, məsafə gözləməsi, əllərin yuyulması, dezinfeksiya işlərinin aparılması və s. bütün bunların hamısı çox vacibdir. Karantin qaydalarına ciddi nəzarət edilməlidir. Nə qədər yumşalmalar olsa da, belə tələblər yerində qalır”.

Adil Qeybulla bildirib ki, koronavirusun qarşıdakı günlərdə yoluxma sayı artacaq:

"Artma gözlənilir. Çünki insanlar qaydalara əməl etmirlər. Əslində, bu artımların hamısı bu davranışların nəticəsidir. Buna oyun kimi baxırlar. Bu oyundursa, bəs bu boyda ölənlər var və hər gün də məlumat verilir. Həkimlər və tanıdığımız insanlar ölüb. Heç olmasa mütəxəssis rəylərinə baxın".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar