Xəbər lenti
Bakıda karantin qaydalarını pozanlar - İnsanlar maskadan istifadə etmir - VİDEO

Karantin qaydalarının yumşaldılması ilə insanlarda da bir arxayınlaşma yaranıb. Küçədə, dayanacaqda digər yerlərdə demək olar ki, bəzi insanlar maskadan istifadə etmir. Halbuki, mütəxəsislər virus başlayan ilk gündən maska taxmağı tövsiyyə edir. Maraqlısı burasındadır ki, maska taxmayanlar ya aptekdən tapmadıqlarını deyirlər, ya da maskanın heçbir faydası olmadığını düşünürlər.
Kimi maskanı çənəsindən aşağı salınmış halda taxır, kimi isə ümumiyyətlə istifadə etmir.
Karantin qaydalarının yumşaldılması ilə elə bir mənzərə var ki, sanki koronavirus bir andaca yox olub.
İnsanlar maska taxmalarını müxtəlif bəhanələrlə izah edirlər. Bəziləri isə ümumiyyətlə maskanı ancaq ciblərində gəzdirir.
Bəzi vətəndaşlar isə maskanı tapmadıqlarını deyirlər. Onlar iddia edir ki apteklərdə maska yoxdur.
Aptekdə işləyənlər isə tam əksini deyir. Maska əvvəlki günlərə nisbətən daha çox satılır. Buna görə də hər bir aptekdə bir neçə gün üçün tədarük var.
Qeyd edək ki, maksadan istfadə etməməyə görə cərimə müəyyən edilməsə də, maskasız küçəyə çıxmaq tövsiyə edilmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar