Xəbər lenti
İsti su içməyin heyranedici 10 faydası
Demək olar ki, əksəriyyətimiz suyun nə qədər həyati əhəmiyyətə malik olduğunu bilirik. Hardasa, hər gün ümumilikdə ən azı 2 litr suyun içilməsini oxuyur yaxud eşidirik.
Manevr.az bildirir ki, əksər insanlar soyuq su əvəzinə isti və ya ilıq su içməklə orqanizmi üçün daha çox fayda verə biləcəyini bilmir.
1. Arıqlama
Əgər bir neçə kilo artıq çəkinizin olduğunu düşünürsünüzsə, orqanizminizin maddələr mübadiləsini sağlam bir şəkildə qorumaq üçün isti suyun sizə inanılmaz köməyi olacaqdır. Buna nail olmaq üçün səhərlər içinə bir az limon sıxılmış isti su için.
Maddələr mübadiləsinin sürətləndirməsi ilə yanaşı isti su piy toxumasının parçalanmasına da kömək edir.
2. Burnun və boğazın təmizlənməsi
İsti su içmək soyuqdəymələr, öskürək və boğaz ağrısı üçün mükəmməl bir təbii üsuldur. Bəlğəmin çıxması və bədəndən atılmasını asanlaşdırar. Bu vəziyyət boğazı rahatlaşdırır, həmçinin burun tutulmasının aradan qaldırılmasına kömək edir.
3. Detoksikasiya
İsti su detoksla bağlı inanılmaz dərəcədə faydalıdır.İsti su içdikdə bədəninizdəki hərarət yüksəlməyə başlayır və bu da tərləmənizə səbəb olur.Bunun sayəsində toksinlərin bədənimizdən atılması mümkün olur.Ən yaxşı nəticə üçün, içmədən əvvəl suya bir miqdar limon sıxın.
4. Erkən yaşlanmanın qarşısını almaq
Toksinləri bədəninizdən uzaqlaşdırmaq istəməyinizin bir səbəbi vardır: Toksinlər sizi daha sürətli bir şəkildə yaşlandırır.
İsti su içmək elastikliyi azalmış dəri hüceyrələrinin özlərini yeniləməsinə kömək edir və beləcə dəriniz daha gənc və yumşaq görünür.
5. Sızanaqlar və qara nöqtələrin qarşısının alınması
İsti su bədəninizi dərindən təmizləyir və sızanaq əmələ gəlməsinin əsas səbəblərini ortadan qaldırır.
6. Sağlam və canlı saçlar
İsti su içmək həmçinin yumşaq və parlaq saçlara malik olmaq üçün ideal üsuldur. Saç köklərindəki sinir uclarına enerji verir və bunları aktiv hala gətirir. Bu saçlarınızın təbii canlılığını geri qayıtmasına və sağlam görünməsində təsirlidir.
7. Kəpəyin qarşısını alır
İsti su saç dərinizi nəmləndirəcəyi üçün dərinin qurumasının və kəpək yaranmasının qarşısını alır.
8. Qan dövranını sürətləndirir və sağlam bir sinir sistemi formalaşdırır
İsti su içməyin başqa mühüm faydası isə əzələlərinizin və sinir sisteminizin düzgün işləməsi üçün əhəmiyyətli olan qan dövranını sürətləndirməsidir. Bundan əlavə, ətrafında yağ yığınlarını parçalayaraq sinir sisteminizin daha sağlam işləməsinə kömək edir.
9. Həzm
İsti su xüsusilə həzm üçün çox faydalıdır. Fəaliyyətdə olmağımız yemək əsnasında və ya yeməklərdən sonra soyuq su içilməsindən sonra qidalardakı yağı bərkitdiyi məlumdur. İçdiyiniz bir stəkan soyuq suyu isti su ilə dəyişdirsəniz bu problemlə üzləşməyəcəksiz. Bundan başqa isti su yeməklərdən sonra baş verən mədə pozğunluğu problemlərinə də müsbət təsir edir.
10. Bağırsaq keçməzliyi əleyhinə
İsti su bağırsaqlarınızı düzgün və sancısız işləməsinə kömək edir. Susuzluq xroniki qəbizlik problemlərinə yol aça bilər.
Hər səhər mədəniz boş olduğu üçün bir stəkan isti və ya ilıq su içilməsi məsləhətdir.deyerler.org
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar