Xəbər lenti
Ölkənin baş infeksionistindən çağırış: “Yumşalmalar ləvg edilsin”

"Operativ Qərargahın qaydalarına əməl olunmasa, tədbirlər yenidən sərtləşdirilə və yumşalmalar ləvg edilə bilər".
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev iki gündür Azərbaycanda koronavirus infeksiyasına yoluxan xəstələrin sayında olan artıma münasibət bildirərkən deyib.
İnfeksionist bunun səbəbini vətəndaşların verilən tövsiyyələrə əməl etməməsində görür:
"Mayın 5-də koronavirusa yoluxanlarının sayının kəskin artmasına səbəb vətəndaşların verilən tövsiyyələrə əməl etməməsidir. Aprelin 27-dın sonra Azərbaycanda vəziyyət stabilləşmişdi. Hamı da bundan sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da hissə-hissə karantindən çıxarıq. Amma görürsünüz ki, rejimə əməl edən yoxdur, tövsiyyələrə məhəl qoymurlar. Əhalinin bir hissəsinə işə çıxmasına icazə verilib. İşə gedənlərlə yanaşı SMS-lə icazə alıb evdən çıxanlar da var. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirlər. Avtobusda isə maska taxmırlar, ara məsafə gözləmirlər. Bütün bunlar bir başa xəstələrin sayının artmasına səbəb olur. Məsələn, o gün bankın qarşısında böyük növbənin şahidi oldum. Vətəndaşlar bir-birinin üstündə, üstəlik də heç biri maska taxmayıb”.
Cəlal İsayevin insanları vəziyyəti başa düşməyə çağırıb:
"Əgər biz yay mövsümünü rahat keçirmək istəyiriksə, qərargahın verdiyi tövsiyyələrə əməl etməliyik. Əməl olunmasa tədbirlər ola bilər ki, yenidən sərtləşdirilsin və yumşalmalar ləvg edilsin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar