Xəbər lenti
COVID-19 daha 5 xəstəliyə səbəb olur - ŞOK ARAŞDIRMA

Dünyanı alt-üst edən koronavirus pandemiyasının ən çox zərər vurduğu ölkələrdən biri İspaniya yeni tapıntıları açıqlayıb.
Manevr.az publika.aza istinadən xəbər verir ki, dermatoloqlar koronavirusun xüsusilə diaqnoz qoyulan gənclərdə 5 müxtəlif dəri probleminə yol açdığını ortaya çıxarıb.
Bu xəstəliklər arasında sızanağa bənzər qaşıntılı qızartılar, ağ və çəhrayı qabarcıqlar, xallı, kiçik qızartılar, soyuqdəymədən sonra yarana bilən yaralar var. Ən təəccüblüsü isə araşdırmaçıların “COVID barmağı” adlandırdığı ayaq barmaqlarındakı qızartılar olub. Bu problemə daha çox xəstəliyi asimptomatik keçirən gənclərdə rast gəlindiyi vurğulanıb.
Dəridə qaşıntı və qızartı hazırda koronavirusun simptomları arasında yer almır. Araşdırmaçılar bu dəri problemlərinin başqa səbəbinin ola biləcəyini, koronavirusla birbaşa əlaqəsinin qurulması üçün daha genişmiqyaslı araşdırma aparmalı olduqlarını bildirir.
Tədqiqatın nəticələri İngiltərənin “Dermatologiya” dərgisində dərc olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar