Xəbər lenti
Tibb maskası taxmayanalar cərimə ediləcəklər
Nazirliyin məlumatında qeyd edilib ki, aprelin 26-da ölkədə 215 nəfər koronavirusa yoluxub, ümumilikdə isə 4534 yoluxma halı aşkar edilib.
Misirdə ictimai yerlərdə tibb maskası taxmayanlara qarşı 300 Misir fundu məbləğində cərimə tətbiq ediləcək.
Bu barədə məlumat verən Nazirlər Kabinetinin mətbuat katibi Nadir Səid bildirib ki, eyni zamanda, ölkədə tibb maskaları və digər ləvazimatların istehsalı da artırılacaq. Onun sözlərinə görə, COVID-19 pandemiyasının cari ilin sonunadək davam edəcəyi gözlənilir və hökumət epidemiyanın qarşısını almaq məqsədilə əlavə tədbirlər görür.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində Misirdə koronavirusdan 10 nəfər həyatını itirib. Səhiyyə Nazirliyi koronavirusdan ölüm hallarının 317 nəfərə çatdığını bildirib.
Nazirliyin məlumatında qeyd edilib ki, aprelin 26-da ölkədə 215 nəfər koronavirusa yoluxub, ümumilikdə isə 4534 yoluxma halı aşkar edilib. Bundan başqa, son sutka ərzində 62 xəstə sağalıb, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayı isə 1176 nəfərə çatıb.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Baş Nazir Mustafa Mədbuli və İnformasiya üzrə Dövlət naziri Üsamə Heykalın iştirakı ilə keçirdiyi müşavirədə media orqanlarını koronavirusla bağlı şayiələr yaymamağa, yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb. Pandemiya haqqında qəsdən yalan məlumat yayanlar barəsində isə cinayət işinin qaldırılacağı bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar