Xəbər lenti
Alimlər duz əvəzedicilərini məsləhət gördülər: Minlərlə həyatı xilas etmək olar
Duz əvəzediciləri bütün dünyada yüz minlərlə ölümün qarşısını almağa kömək edə bilər. Əgər, məsələn, Çində qan təzyiqini azaldan duz əvəzediciləri tətbiq edilsə, ürək-damar xəstəliklərindən ildə təxminən 460 000, o cümlədən, insultdan 208 000 ölüm halının qarşısını almaq olar.
Belə bir nəticəyə Avstraliyada yerləşən Qlobal Səhiyyə İnstitutunun mütəxəssisləri apardıqları araşdırmalar zamanı gəliblər.
“Xinhua” nəşri qeyd edir ki, duz əvəzediciləri böyrəyin xroniki xəstəlikləri hallarının da sayını ildə təxminən 120000-ə qədər azalda bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bütün dünyada ölümlərin təxminən 30%-i əsas risk faktoru hipertoniya olan ürək-damar xəstəlikləri nəticəsində baş verir. Yüksək təzyiq isə əksər vaxt duzdan çox istifadə edənlərdə müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, adi məişət duzundan kaliumla zənginləşdirilmiş əvəzedicilərə keçməklə, yalnız Çində ildə təxminən yarım milyon insanın həyatını xilas etmək olar. Belə ki, bu ölkədə duzdan çox istifadə olunduğu üçün natriumun yüksək miqdarda istehlakı müşahidə olunur.
Əvəzedicilərin tərkibində natrium xlorid adi duza (təxminən 70% natruim və 30% kalium xlorid) nisbətən az olur. Əvəzedici ilə adi duzun dadı arasında böyük fərq hiss olunmadığı halda, bu nisbət insan səhhəti üçün daha faydalıdır./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar