Xəbər lenti
Uşaqlarda autizmin tipik əlamətləri - Valideynlər, DİQQƏT!

“Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir”.
Bu barədə Teleqraf.com-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından məlumat verilib.
Klinikadan bildirilib ki, autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Lakin bu, qızlarda daha ağır formada özünü göstərir. Autizmin uşaqlarda özünü göstərən tipik əlamətləri aşağıdakılardır:
Göz təması məhduddur və ya yoxdur; ətrafa laqeyddir; adına reaksiya vermir; çox hərəkətli və ya hərəkətsiz ola bilər; bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir; əksər hallarda insanları deyil, cansız varlıqları seçir; sosial və psixoloji baxımdan özünü təcrid edir; barmağı ilə istədiyi şeyi göstərmir; bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir; gözləri bir səmtə zillənib qalır; səbəbsiz yerə stresli və məyus olur və s.
Klinikadan verilən məlumata görə, bu kimi əlamətləri uşağınızda hiss etdikdə gecikdirmədən həkimə aparılması mütləqdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar