Xəbər lenti
Alkoqol ağciyəri koronavirusdan qoruyur?
Pandemiya dövründə bir çoxları virusdan qorunmaq üçün spirtli içkilər içib qorunmağın mümkün olduğunu düşünürlər. Onlar hesab edir ki, koronavirusdan qorunmaq, profilaktika üçün güclü spirtli içkilər içmək daha faydalıdır.
Manevr.az e-tibb.az-a istinadən xəbər verir ki, mütəxəssislər isə əslində koronavirusdan qorunmaq məqsədilə içilən spirtli içkinin yalnız zərər verdiyini bildirirlər. Spirt heç də ağciyərləri dezinfeksiya etmir və qaraciyəri yükləyir. Spirt qaraciyərə və bütün bədənə əlavə yükdür, hətta koronavirusa yoluxma vaxtı təhlükəlidir.
Nyu-Yorkdakı xəstəxanalardan birinin həkimi Marlen Kaplan deyib ki, pandemiya dövründə bütün risklər nəzərə alınmalıdır: “Koronavirus da başqa xəstəliklər kimi bütün orqanlara əlavə yük yaradır. Və bədənimiz mübarizə apararkən, qaraciyər bu mübarizənin yan məhsullarını filtrə etməklə daha ağır yük hiss edir".
Onun sözlərinə görə, spirtli içki yalnız ağız boşluğunu və boğazı dezinfeksiya etməyə kömək edə bilər. Spirtin ağciyərləri dezinfeksiya etmək, qorumaq effekti yoxdur. Həkim, boğazı sodalı məhlul ilə qarqara etməyi məsləhət görüb.
Rusiya Səhiyyə Nazirliyinin Baş narkoloqu olmuş Yevgeni Brun da spirtli içkilərə aludəçiliyin COVİD-19-a tutulma ehtimalını artırdığını bildirib. Həkim qeyd edib ki, -alkoqolda hüceyrələri məhv edən etanol var, buna görə də infeksiyaların bədənə daxil olması daha asanlaşır. Bundan əlavə, davamlı spirtli içki ciddi asılılıq yarada bilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar