Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusdan qorunmaq üçün bunu edin - Sadə qayda

Tarix: 14-04-2020 09:17     Baxış: 3352 A- / A+
Koronavirusdan qorunmaq üçün bunu edin - Sadə qayda

Hazırda dünyada koronavirusu müalicə edən xüsusi dərman və ya ondan qoruyan peyvənd yoxdur. Bəli, həkimlər koronavirusun müalicəsi üçün müxtəlif preparatlardan istifadə edir.

Lakin bu müalicə sınaq, eksperiment xarakteri daşıyır. Yəni 100% hallarda effekt vermir.

Manevr.az xəbər verir ki, belə vəziyyətdə insan orqanizmin daxili resurslarına ümid etməli və onlardan istifadə etməlidir. “Daxili resurslar” dedikdə immun sistemini nəzərdə tuturuq. Bütün mütəxəssislər qeyd edir ki, koronavirusun ən effertli “dərmanı” immunitetdir.

İnsanlar əsrlərlə virus və bakteriyalar əhatəsində yaşayır. Onlardan bəziləri tam zərərsiz olsalar da, bir çoxları müxtəlif təhlükəli xəstəlikləri yarada bilir. Əgər insan bütün bu mikrob və virusların qarşısında zəif və çarəsiz olsa idi, o, çoxdan Yer üzündən tam silinəcəkdi.

İmmunitetin bir çox bizi qoruyan mexanizmləri var. Onlardan biri göz, burun və ağzımızın selikli qişalarıdır. Məhz onlar virus və mikrobların “zərbə”sini ilk olaraq öz üzərinə götürür.

Seliklli qişalar virus və mikrobları zərərsizləşdirmək üçün bir sıra vasitələrdən istifadə edir. Burada lizosim, makrofaqlar, limfositlər və digər immun hüceyrələri var. Bu hüceyrələr ziyanlı agentləri zərərsizləşdirir, onların orqanizmə daxil olmasına əngəl yaradır.

Həmçinin selikli qişalar mexaniki olaraq virus və mikrobların orqanizmə daxil olmasına mane olur – ziyanlı agentlər onlara yapışır və selikdə “batır”.

Lakin selikli qışaların normal işləməsi üçün onların nəm, yəni “selikli” olması çox vacibdir. Selikli qişalar quruyanda onların funksiyası zəifləyir. Həmçinin bu zaman onların üzərində mikroçatlar əmələ gəlir ki, bu çatlar da mikrob və viruların orqanzimə düşməsinə əlavə şərait yaradır.

Beləliklə, mikrob və viruslardan qorunmaq üçün ilk olaraq selikli qişaların nəm olmasına fikir vermək lazımdır. İstilik sistemləri selikli qişaları çox qurudur. Bu səbəbdən fikir vermək lazımdır ki, evdə rütubətin göstəricisi 40-60% olsun. Yeri gəlmişkən koronavirus bu rütubəti “sevmir” və belə şəraitdə daha tez məhv olur. Əksinə isə 0-30% rütubət onun yayılması üçün ən əlverişli şərait yaradır.

Selikli qişaların nəm olması üçün həmçinin gün ərzində 1-1,5 l su içmək lazımdır.saglamolun.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar