Xəbər lenti
Bu xəstəlikdən əziyyət çəkənlərin virusa yoluxma riski 2-3 dəfə artacaq - XƏBƏRDARLIQ

Ölkəmizdə koronavirusdan dünyasını dəyişənlərin statistikası açıqlanıb. Vəfat edən 8 xəstənin 6-sı şəkərli diabet xəstəsi olub. Həkimlər tətbiq olunan izolyasiya tədbirləri və karantin rejiminə əməl edilmədiyi təqdirdə, şəkərli diabet xəstələri arasında yoluxma riskinin daha da artacağını proqnozlaşdırır.
Manevr.az xəbər verir ki, yenicag.az-a açıqlama verən həkim Vasif İsmayıl bu xəstəlikdən əziyyət çəkən xəstələri xəbərdar edib.
O, çıxış yolunu karantin rejiminə və digər qaydalara əməl etməkdə görüb:
"Əvvəlcədən də elan olunmuşdu ki, böyrək, ürək çatışmazlığı, yüksək qan təzyiqi olan, o cümlədən də şəkərli diabetdən əziyyət çəkən xəstələr xüsusi risk qrupuna daxildir. Bunun da səbəbləri var. Şəkərli diabet birbaşa insanın immun sistemi üzərində neqativ təsirə malikdir. Digər sağlam insanlarla müqayisədə belə xəstələrin immun sistemi çox zəif olur və virusa asanlıqla yoluxa bilirlər. Bu virus da əsasən immun sistemi zəif olan insanları risk altında qoyur. Sadalanan xəstəlikləri olanlar, eləcə də şəkər xəstələri vaxtlı-vaxtında dərmanlarını qəbul etməli, ilk növbədə özlərini izolyasiya etməlidirlər. Əgər belə xəstələr özlərini qorumasalar, onların yoluxma riski iki-üç dəfə artacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar