Xəbər lenti
Koronavirus orqanizmdə ömür boyu qalır? - Baş infeksionistdən CAVAB
Koronavirusdan sağalan insanların orqanizmində infeksiyanın daim qalacağı iddiası nə qədər doğrudur? Bu halda virusa yoluxanlar ömür boyu narahatmı yaşayacaq?
Manevr.az xəbər verir ki, bu kimi suallara cavab tapmaq üçün lent.az ölkənin baş infeksionisti Cəlal İsayevlə danışıb.
Ölkənin baş infeksionisti bildirib ki, koronavirus viruslarının orqanizmdə sağaldıqdan sonra 5-6 həftəyə kimi qala bildiyi deyilir:
"Ola bilsin ki, yoluxmuş xəstə sağaldıqdan sonra o virus onda qalsın və ifraz olunsun. Amma virusun orqanizmdə daimi qalması söhbəti yoxdur. 5-6 həftədən sonra o da gedir. 5-6 həftə qalması halı da hamıda olmur, bəzi insanlarda qala bilər. Bu bir qism insanlar da xəstəliyin yayılması nöqteyi-nəzərdən təhlükəli olurlar. Ona görə də xəstələr sağaldıqdan, klinik əlamətlər tam çəkildikdən sonra 24 saat ərzində ən azı iki dəfə test aparılır. Əgər nəticə hər iki halda mənfi çıxarsa, xəstə evə yazılır. Amma virus bədəndə qalmaqda davam edərsə həmin şəxslə bağlı təkrar müalicə və müşahidə tədbirləri aparılır".
Həkim qeyd edib ki, xəstəlikdən sağaldıqdan sonra evə buraxılanlar da ambulator şəraitdə mütəxəssislər tərəfindən xəstəliyin ağırlığından asılı olaraq 3 aydan 6 aya qədər nəzarətdə saxlanılırlar. O qeyd edib ki, 3-6 aydan sonra onlar da nəzarətdən çıxarılır. Bütün infeksion xəstəliklərdə belə olduğunu deyən C.İsayev vurğulayıb ki, bu cür xəstələr evə yazıldıqdan sonra hamısı nəzarətə götürülür:
"Koronavirus da bu qəbildən olan xəstəlik olduğuna görə nəzarətə götürülür. Virusun orqanizmdə ömür boyu qalacağı iddiası isə doğru deyil".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar