Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Koronavirusdan 99% yayınmaq mümkündür, əgər...”

Tarix: 07-04-2020 21:05     Baxış: 4408 A- / A+
“Koronavirusdan 99% yayınmaq mümkündür, əgər...”


Hazırda koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan Nyu York Mərkəzi klinikasının həkimi Deyv Prays əhaliyə videomüraciət ünvanlayıb.

O, öz gördükləri və təcrübəsinə əsasən virusa yoluxmağı 99 faiz önləyən tədbirləri açıqlayıb.
Manevr.az medicina.az-a istinadən bildirir ki, həkim xəstənada gündə 5-7 xəsyəni İBL aparatına qoşduğunu bildirib.

"Hər gün biz virusu daha yaxşı tanıyırıq, özünü necə apardığını öyrənirik.
Koronavirusun unikallığı ondadır ki, o insan orqanizmi ilə heç tanış deyil.

80 % xəstələri əsas 3 simptom birləşdirir: yüksək hərarət, quru öskürək, bədəndə ağrılar.
Bunlar hər xəstədə müxtəlif intensivlikdə keçir. Xəstəlik özü 3-5-6- və ya 14-15 gün çəkə bilir.
Xəstələrimizin çoxu yoluxmuş, xəstə insanlar, yəni inkubasion periodda olan canlı insanla fiziki, birbaşa təmasdan yoluxub.

Praktiki olaraq bütün yoluxmalar insanın əlini virus olan səthə vurub, sonra ağzına, gözünə, burnuna aparması ilə baş verib.

Xəstə insanla 30 dəqiqə çox yaxın məsafədə olmaq kifayətdir ki, sağlam adam yoluxsun. Amma yenə də virus hava ilə çox yox, məhz əllərdən ağız, buruna keçir.

İndi biz həkimlər də bu xüsusiyyəti əsas tutaraq qorunmağa çalışırıq. Biz virusun orqanizmə necə düşdüyünü hər gün yadımıza salsaq, o zənciri təsəvvür etsək, o zaman 99% qoruna bilərik. Məsələn, mən və kolleqalarım artıq əminik ki, biz gündə 100 xəstəyə baxsaq da yoluxma şansımız azdır.

Hər saniyə əllərinizin harda olduğuna fikir verin:

Yanınızda sanitayzer və ya başqa kiçik əşya saxlayın. Qapını onunla açın,liftin düyməsini onunla basın. Əgər başqa adamların toxunduğu bir əşyaya,səthə toxundunuzsa, dərhal əlinizi yuyun və dezinfeksiya edin
ƏLLƏRİNİZİ BAŞ, ÜZ HİSSƏYƏ YAXIN GƏTİRMƏYİN

Buna ciddi nəzarət edin, beyninizə bu əmri yazın. 1 həftə əməl etsəz sonra asan olacaq.

Mütləq maska, eynək taxın və onlara da toxunmayın. Maska sizi havada olan virusdan qorumur, çünki hava ilə yoluxma yoxdur. Amma o sizi əlinizi üzünüzə vurmamağa alışdıracaq. Evdə də maska taxın, hər yerdə. Ya da üzünüzə kiçik yaylıq bağlayın.

Əlləri, üzü təmiz saxlasaz və üzünüzə barmağınızın ucu belə toxunmasa, siz yoluxmadan 90% yan qaça biləcəksiz.

Klnikada biz respiraoru hər dəqiqə taxmırıq. Ancaq xəstə ilə otaqda prosedur edəndə, tənəffüs yolunu təmizləyəndə, İBL aparatına qoşanda. Qalan vaxtlarda adi tibbi maska yetərlidir.

Honkonq və Sinqapurda həkim və tibb işçilərinin bu 2 qaydaya əməl etməsi və onların xəstəxana daxilində adi tibbi maska taxması nəticəsində, hələ bir nəfər də olsun tibbi personalın içində yoluxan yoxdur. Əgər həkim və tibb bacısı xəstədən yoluxubsa, deməli, o hansısa məqamda əlinin dezinfeksiyanı unudub və üzünə, ağzına aparıb.

Nyu-York xəstəxanalarında indi koronavirus olduğu üzə çıxan tibb işçiləri hələ 20 gün əvvəl koronavirus olduğu məlum olmayan xəstələri qəbul edərkən yoluxmuşlardır,onlar lazımi qədər tibbi vasitə ilə təchiz olunmamışdılar.

Əgər bu qaydalara əməl etsəz,küçədə, marketdə qarşısınızdakı insandan ən azı 1 metr aralı dayansaz, insanlardan və küçəyə çıxmaqdan qorxu hissi azalacaq. Ətraf aləmdən qorxmayın,qonşunuzdan qorxmayın. Buna gərək yoxdur. Heç kim sizin düşməniniz deyil.

Xəstələnsəz, nə etməli?

Hərarətiniz olan kimi, özünüzü ailə üzvlərindən təcrid edin. Bütün ailə üzvləri yuxarıdakı 4 qaydaya əməl etməli və əllərini tez-tez yuyub, qabları ayırmalı, sizdən ayrı yatmalı və maska taxmalıdırlar. Əgər yaşlı ailə üzvü varsa, onu ayrı yerə göndərin.
Xəstəxanaya nə vaxt getməli? Tənəffüsdə ağır çətinlik yaransa.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar