Xəbər lenti
Koronavirusla bağlı dəhşətli gerçək ortaya çıxdı - Britaniya virusun haradan gəldiyini tapdı

Yeni tip koronavirus Çinin Uhan şəhərindəki bioloji tədqiqat laboratoriyasından sızıb.
Manevr.az xəbər verir ki, bu iddianı Böyük Britaniyanın “The Sun” nəşri yayımlayıb.
Xəbərə görə, hökumət elmi təhqiqatlar və kəşfiyyat xidmətlərinin bu barədə əsaslı mövqe ortaya qoyduğu qənaətindədir.
Belə ki, ölkənin Baş naziri Boris Consonun rəhbərlik etdiyi və koronavirusun araşdırılması üçün qurulan “Cobra” Fövqəladə Komitəsinin adı açıqlanmayan nümayəndəsi kəşfiyyat xidmətinin brifinqindəki nitqi zamanı artıq sızıntının mümkünlüyü qənaətinə gəldiklərini, virusun heyvanlardan keçməsinə dair səsləndirilən iddiaların isə artıq tarixə qovuşduğunu bildirib.
Qeyd edək ki, bu tip iddialar koronavirusun yayıldığı ilk zamanlardan bəri səsləndirilirdi. Virusun Huanan Dəniz Məhsulları Bazarının yaxınlığındakı Virusologiya İnstitutunun laboratoriyasından çıxdığı və bazardakı insanlara yoluxduğu iddiası irəli sürülmüşdü. Lakin Çin rəsmiləri sızıntı iddialarını qətiyyətlə təkzib etmiş, əsassız olduğunu dəfələrlə bildirmişdi.
Digər bir versiyaya görə, koronavirus bioloji silahdır və siyasi məqsədlər üçün istifadə edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar