Xəbər lenti
Koronavirusun müalicəsini asanlaşdıran üsul tapılıb

Koronavirusun müalicəsini asanlaşdırmaq üçün yeni üsul tapılıb.
Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bu üsul Honkonq Universitetinin alimlərinin apardıqları araşdırma nəticəsində aşkarlanıb. Onlar hesab edir ki, koronavirus xəstələrindən götürülən qanın köçürülməsi virusa yeni yoluxan xəstələrin müalicəsinə kömək edə bilər. Suriya qızıl siçovullarında olan ACE2 zülalının insan zülalına bənzər olduğunu nəzərə alan mütəxəssislər onlar üzərində eksperiment aparıblar. Alimlərin sözlərinə görə, koronavirus bədənə məhz bu zülal vasitəsilə nüfuz edir. Tədqiqatçılar, gəmiriciləri SARS-COV-2 ilə yoluxdurblar və sonra orqanizmlərində bu virusa antitel yaradan siçovulları seçiblər.
Onların qanından hazırlanmış zərdabı digər siçovullara vurulub, sonra bu heyvanları da koronavirusa yoluxdurublar. Məlum olub ki, bu zərdabdan istifadə etdikdən sonra orqanizmə virus yükü on dəfə aşağı olub. Alimlərin fikrincə, bu üsul insanların da sağalması prosesini xeyli asanlaşdıracaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar