Xəbər lenti
Koronavirusun daha bir simptomu üzə çıxdı: Hər 30 xəstədən biri...
Yeni tip koronavirusun daha bir simptomu aşkarlanıb.
Manevr.az xəbər verir ki, amerikalı həkimlər xalq arasında "qırmızı göz xəstəliyi" adlandırılan kornea toxuması iltihabının koronavirusun yeni simptomu ola biləcəyini açıqlayıb. Bir neçə xəstə üzərində aparılan müşahidələr nəticəsində bu qənaətə gələn ABŞ Oftalmologiya Akademiyasının həkimləri hər 30 xəstədən 1-də bu əlamətin biruzə verdiyini bildiriblər.
Çindəki 30 xəstəxanadan toplanan bilgilərə əsasən aparılan araşdırmalar zamanı 1099 xəstədən 19-da göz iltihabının olduğu üzə çıxıb. Akademiya açıqlayıb ki, sadəcə Kovid-19 kornea toxuması iltihabının səbəbi ola bilməz. Bundan başqa, bu simptoma əsasən, göz iltihabının aşkarlandığı xəstənin koronavirus dayışıyıcısı olduğundan ilk olaraq oftalmoloqlar şübhələnə bilər.
Qırmızı göz xəstəliyi nədir?
Qırmızı göz xəstəliyi gözün ağlı qişasını örtən şəffaf toxumanın və göz qapaqlarının içinin iltihablanmasıdır. Bu durum da göz içinin qanlanmasına yol açır. Koronavirusun bilinən simptomları: Quru öskürək: Virus aşağı və yuxarı tənəffüs yollarına təsir edir. Buna görə də ən çox adı çəkilən simptoma rast gəlinir. Yüksək qızdırma: Virusun orqanizmə verdiyi zərər səbəbilə qızdırma kəskin qalxır. Boğaz ağrısı: Tənəffüs yollarına keçən virus qaldığı bölgədə ağrıya səbəb olur. Bu da qıcıq yaradır. Tənəffüs çatışmazlığı: Xəstəliyin ölümcül nəticələrə gətirib çıxarmasında ən böyük rol oynayan simptom. Xüsusilə, tənəffüs yollarında problemi olan xəstələr daha tez dünyasını dəyişə bilər. Yorğunluq: Virusun orqanizmdə yaratdığı ümumi vəziyyət səbəbilə xəstə özünü yorğun hiss edə bilər. Sümük və əzələ ağrılarının baş qaldırması mümkündür. Başağrısı: Yuxarı tənəffüs yollarına təsir edən virus tənəffüs çatışmazlığı, boğaz ağrısı və digər simptomlara görə başağrısı verə bilər. İshal: Virusun ən az rast gəlinən simptomu ishaldır. Qoxu və dad hissinin itirilməsi: Almaniya alimləri COVID-19-a yoluxan insanların üçdə-ikisində bir müddət sonra qoxu və dadbilmə hissinin itdiyini açıqlayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar