Xəbər lenti
Azərbaycanlı həkimdən koronavirusdan qorunmaq üçün tövsiyələr

Tanınmış cərrah, professor Adil Qeybulla koronavirusla mübarizə aparmaq üçün bəzi tövsiyələrini açıqlayıb.
Manevr.az xəbər verir ki, Adil Qeybullanın tövsiyyələrini sosial şəbəkə vasitəsi ilə təqdim edib:
1. Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır.

2. Virus selektiv olaraq ağ ciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır.
3. Evdə qalmağa üstünlük verin.
4. Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun.
5.Əllə bir əşyaya və ya səthə toxunduqda ya dəsmal və ya salfet istifadə edin, ya da ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.),
6.Əllərinizi yumadan ağız və burnunuza aparmayın.
7.Mağazada və bayırda, imkan olduqca lateks və ya nitril əsaslı (adətən göy rəngli) əlcəklərdən istifadə edin. Əlcəkləri onun boynundan tutaraq corab kimi çevirərək çıxarıb zibil qutusuna atın.
8.Məlumdur ki, sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə gündə 2-3 dəfə sink preparatı için.
9.Karantin şərtlərinə ciddi əməl edin. Bu hamımızın təhlükəsizliyi üçün vacibdir.qaynarinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar