Xəbər lenti
Azərbaycanlı psixoloqdan koronavirusla bağlı tövsiyələr
“İnsanlar günün istənilən saatını açıq hava şəraitində keçirdiyi üçün bir anda sərbəst hərəkətin məhdudlaşdırılmasına aqressiv reaksiya verirlər”.
Manevr.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında psixoloq Nuriyyə Quliyeva deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən insanların sağlamlıqlarının müdafiəsinə yönələn qərarları müsbət qiymətləndirmək lazımdır.
Psixoloq qeyd edib ki, insanlar qoyulan məhdudiyyətləri azadlıqlarının əlindən alınması kimi başa düşür:
“Mövcud vəziyyətlə bağlı respublika ərazisində tətbiq edilən məhdudiyyətlərin vacib olduğunu düşünürəm. Bu qərarlara müsbət yanaşıram və hər kəsi sağlamlıq naminə bu qaydalara riayət etməyə çağırıram. Bəzi insanlar koronovirusla bağlı məsələnin ciddiyyətini hələ də dərk etmir.
Onlar azadlıqlarının məhdudlaşdırıldığını düşünərək vəziyyətə etiraz etməyə çalışırlar. Lakin bu, heç də belə deyil. İnsanlar bu qaydaların yalnız onlara şamil olunduğunu düşünərək psixoloji olaraq özlərini qıcıqlandırmasınlar, təlaşa düşməsinlər.
Ortada bu qədər informasiya olduğu halda, vəziyyətə ciddi yanaşmayan, qaydalara riayət etməyən insanların sayı təəssüf ki, çoxdur. Səhiyyə işçiləri çox gərgin iş rejimində çalışır, hər gün aidiyyəti qurumlar tərəfindən qaydalara ciddi riayət olunması barədə təlimatlar verilir. Yaxşı olardı ki, gigiyenik normalara düzgün riayət etmək, təlimatlara əməl etməklə bu virusun daha çox insana yayılmasının qarşısını birlikdə alaq”.
Psixoloq onu da əlavə edib ki, 65 yaşdan yuxarı şəxslərin evdə qalmasına ayrıseçkilik kimi yanaşmaq doğru deyil:
“Nəzərə almaq lazımdır ki, bu, heç də həmin şəxslərə qarşı hörmətsizlik deyil. Bəzi insanlar bunu ayrıseçkilik kimi qəbul edərək etiraz edirlər. Mövcud vəziyyətdə ən çox əziyyət çəkən elə məhz yaşlı nəslin nümayəndələridir. İnsanlar psixoloji cəhətdən özlərini gərginlikdə saxlamamalıdırlar. Mövcud vəziyyəti qəbul etmək, evdən çölə çıxmamaq, gigiyenik normalara riayət etmək lazımdır ki, yoluxma hallarının sayı artmasın və bu bəla qısa zamanda aradan qalxsın”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar