Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Maska tapılmırsa, nə ilə əvəz etmək olar? — Azərbaycanlı həkimdən maraqlı məsləhət

Tarix: 22-03-2020 21:28     Baxış: 4283 A- / A+
Maska tapılmırsa, nə ilə əvəz etmək olar? — Azərbaycanlı həkimdən maraqlı məsləhət


"Panika lazım deyil. Çünkü o demək deyil ki, xroniki xəstəliyi olmayan, sağlam bir insan bu virusa yoluxsa mütləq öləcək. Xeyr. Bir insan bu virusa yoluxsa yüksək ehtimalla sağalacaq".


Manevr.az medicina.az-a istinadən bildirir ki, bu sözləri həkim İdrak Məmmədov koronavirusdan qorunma metodları barədə öz təkliflərini qeyd edərkən bildirib.

Həmin təlimatın insanlar üçün önəmli olduğunu nəzərə alıb paylaşırıq. Həkim hazırda tibbi maska qıtlığında maska tapılmazsa, nə ilə əvəz edə biləcəyimizi də açıqlayıb.

-Azərbaycanda xalq sağlığı və səhiyyə təşkili bərbad vəziyyətdədir. Elə İranda da pis vəziyyətdədir. Siz dünyadakı müalicə, dəstək və profilaktika tədbirləri ilə bizdəkini eyniləşdirməyin. Çində 100 xəstədən 3- ü ölürsə, bizdə 100 xəstədən ən az 50- si öləcək.

Bu baxımdan biraz diqqətli olmaqda fayda olacağını düşünürəm.

1. İlk olaraq tanımadığınız insanların çox olduğu məkanlardan ( bazar, ziyarətlər, mitinq )))), avtobus, idman zalı və s. ) bacardığınız qədər uzaq durun.

2. Əllərinizi sabunla mümkün qədər tez-tez yuyun. Yuyarkən də ən az 20- 30 saniyə yuyun.

3. Xroniki xəstəliyi olanlar ( astma, bronxit, ürək xəstəliyi, onkoloji xəstələr və d) mümkün qədər camaat içinə çıxmasın. Ən yaxşısı bu aralar evdə dincəlməkdir.
4. İnsanların sıx olduğu qapalı binaların, otaqların ( məktəbdə koridorlar, sinif otaqları, avtobuslar, banklar və d.) tez- tez havasını dəyişin. Məsələn hər 20-30 dəqiqədən bir pəncərəni, qapını 5 dəqiqə açın ki, içəriyə yeni, təmiz hava daxil olsun. Narahat olmayın. Soyuqdan birşey olmaz.

5. Kənar yerlərdə çox əşyaya toxunmayın. Kənardan evə gəldiyinizdə ilk olaraq əllərinizi yuyun.

6. Bir də ən önəmlisi. Özündə narahatlıq hiss edən, halsız olan, burnu axan, asqıran, öskürən hər bir şəxs İLK OLARAQ maska taxsın, sonra isə bir həkimə və ya xəstəxanaya getsin. Mütləq maska ilə getsin. Şikayəti olanların maska taxması vacibdir.

7. Maska tapmasanız, tənzifi, cunanı 4- 5 qat büküb ağız və burnunuzu bağlayın.

8. Sağlam insanların maska taxması vacib deyil. Normal maskalar əslində tam qorumaz, qismən qoruyar. Amma maska taxmağın bir zərəri də yoxdur.

9. Bir də son 20 gün içində İranda olmuş şəxslər özlərinə diqqət etsin. Mümkünsə camaat içinə 2 həftə çıxmasınlar. ( Çünkü virusa yoluxmuş insanda xəstəlik əlamətləri 10- 14 gün sonra ortaya çıxır. Amma bu müddətdə isə özü də fərqində olmadan ətrafa virus yayır ) Əgər çıxarlarsa, mütləq maska taxsınlar. Narahatlıq hiss etsələr mütləq həkimə getsinlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar