Xəbər lenti
Tanınmış həkim koronavirusun bitəcəyi tarixi açıqladı
"Jit zdorovo" verilişinin aparıcısı həkim-kardioloq, tibb elmləri doktoru, professor Yelena Malışeva koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb. Mütəxəssisin sözlərinə görə, epidemiya 6 həftədən çox çəkməyəcək.
Manevr.az bildirir ki, həkimin sözlərinə görə, epidemiyanın tez bitməsi hər birimizdən asılıdır. Epidemiyanın qurbanlarının sayını minimuma çatdırmaq üçün hər birimiz profilaktik qaydalara riayət etməliyik. Bu qaydalar çox sadədir - əlləri sabun və ilıq su ilə tez-tez yumaq, göz, burun və ağıza əl vurmamaq, insanların kütləvi toplandığı yerlərdən uzaq olmaq, mümkün qədər evdə qalmaq.
Həmçinin Malışeva yaşlı insanlara qarşı diqqətli olmağa çağırıb. Yaşlı insanlar koronavirusa görə əsas risk qrupuna daxildir. Ölüm hallarının əksəriyyəti 60-65 yaşdan yuxarı insanlar arasında qeydə alınır.
Malışeva yaşlı ata-ana və nənə-babaları evdə otuzdurmağı, onları qida və lazım olan dərmanlarla təmin etməyi, buna imkan varsa bağa göndərməyi tövsiyə edib. Yaşlı insanları koronavirusdan qorumaq üçün onların sosial kontaktlarını kəskin şəkildə məhdudlaşdırmaq lazımdır.redaktor.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar