Xəbər lenti
Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb

Operativ Qərargahdan daxil olan məlumatda bildirilir ki, koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb:
"Son məlumata görə, Azərbaycan Respublikasında 4 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.
Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































