Xəbər lenti
Koronavirus pandemiya elan olundu

Yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğu elan edilib.
"TASS" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus Cenevrədə təşkil edilən brifinqdə bildirib.
"Önümüzdəki günlərdə və həftələrdə yoluxma hallarının, ölümlərin və təsirə məruz qalan ölkələrin sayının artacağını gözləyirik... COVID-19-un pandemiya kimi xarakterizə oluna biləcəyi qənaətinə gəldik", - təşkilat rəhbəri belə deyib.
Pandemiya ölkə daxilində, qonşu dövlətlərin ərazilərində və bəzən dünyanın bir çox ölkəsində yoluxucu xəstəliyin yayılması ilə səciyyələnən qeyri-adi güclü bir epidemiyadır.
Martın 11-nə olan məlumata görə, dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı dünyanın 114 ölkəsində təxminən 118 min nəfər təşkil edir.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar