Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Robotlar koronaviruslu xəstələrin qayğısına belə qalır

Tarix: 10-03-2020 23:02     Baxış: 4233 A- / A+
Robotlar koronaviruslu xəstələrin qayğısına belə qalır


Çində meydana gələn və dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus epidemiyası yayılmağa davam etdikcə Çindəki xəstəxanalar da müxtəlif tədbirlər görür.


Manevr.az ted.az-a istinadən bildirir ki, xəstəxanalar virusun yayılmasını dayandırmaq üçün üç fərqli robotdan istifadə etməyə başlayıb. Sözügedən robotlar insanların təmasını azaltmağa və bununla da virusun ötürülməsinin qarşısını almağa çalışırlar.

10-dan çox şəhərdə istifadə olunan robotlar üç qrupa bölünür. Bu robotlardan birincisi qida robotlarıdır. Onlar xəstələrə müxtəlif qida və yeməklər paylamağa cavabdehdir. Bu şəkildə insan təmasını minimuma endirən robotlar xəstəxana işçilərinin iş yükünü də asanlaşdırır.

Təmizləyici robotlar xəstəxanaların ümumi təmizlənməsi üçün istifadə olunur. Bir çox yeri təmizləyən və dezinfeksiya edən robotlar mikrobların yayılmasının da qarşısını alır.

Yönləndirici robotlar isə xəstələri xəstəxanaların müxtəlif yerlərinə istiqamətləndirmək üçün də istifadə olunur. İnteryerin xəritələşdirilməsi xüsusiyyətinə malik olan bu robotlar təcili yeri izləyərək xəstələri istiqamətləndirə bilər.

Robot şirkətləri yaxın həftələrdə bu robotlardan evdə xəstələrə kömək etmək üçün istifadə etməyi planlaşdırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar