Xəbər lenti
4 aydır komada olan Oqtay Gülalıyevdən xəbər var
Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyirlər.
Hüquq müdafiəçisi Oqtay Gülalıyev artıq 4 aydan çoxdur koma vəziyyətindədir. O, avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində komaya düşüb.
Hadisə baş verdikdən sonra sosial şəbəkələrdə, mətbuatda onun səhhəti ilə bağlı tez-tez məlumat paylaşılsa da, son zamanlar belə məlumatlara rast gəlinmir. Dostları “Yeni Müsavat”a bildirdilər ki, Oqtay Gülalıyevin səhhəti ilə bağlı məlumatlar yalnız onun ailəsindədir. Xaricdə müalicə aldığı üçün digər şəxslərin onun yanına tez-tez baş çəkmə imkanları yoxdur.
Oğlu Təbriz Gülalıyev isə modern.az saytına deyib ki, Oqtay Gülalıyevin oyanıqlığı, həkimlərin refleks yoxlamalarına reaksiya verməsi çoxalıb: “Atamın səhhətində müsbət dinamika davam edir. Sonuncu əməliyyatından sonra oyanıqlığı artıb. Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən xüsusi qurğu vasitəsilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa, kömək vasitəsilə öz ayaqları üzərində dura bilir. Həkimlər yaxın günlərdə ayıla biləcəyini deyiblər. Ümidlə gözləyirik”.
Qeyd edək ki, 2019-cu il oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.
Həkimlər Oqtay Gülalıyevin koma vəziyyətindən ayılacağını istisna etmirlər. Lakin həkimlərin sözlərinə görə, onun beyni ciddi zədə aldığı üçün ayılan zaman müəyyən itkilər ola bilər. Bu itkilərin əsasən onun nitqi, yazı qabiliyyətində olacağı ehtimal edilir. Lakin həkimlərin sözlərinə görə, beyin ayılmadan konkret hər hansı bir fikir söyləmək mümkün deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar