Xəbər lenti
Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib -ŞƏKİLLƏR
Dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə şəhərin Yeni Çələbixan qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin davamlı inkişafı üçün həyata keçirilən tədbirlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunasını təmin edir. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən keyfiyyətli tibbi xidmətlə təminatını da daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşığı ilə məcburi köçkünlər üçün salınan qəsəbələrdə tibb məntəqələri də fəaliyyət göstərir.
Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət müxtəlif ixtisaslı 12 həkim tərəfindən aparılıb. Məcburi köçkünlər, ilk növbədə, koronovirus və ona qarşı profilaktiki tədbirlər barədə məlumatlandırılıblar. Qızdırma, öskürək, boğaz ağrısı ilə bağlı müraciət edənlər dərhal müayinədən keçiriliblər. Bundan başqa, aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 160 nəfərdən çox məcburi köçkünü müayinə edib. Müayinələrin nəticəsindən asılı olaraq onalara müvafiq tövsiyələr və tibbi göstərişlər verilib.
Məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət aksiyasının keçirilməsi ənənəvi xarakter daşıyır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar