Xəbər lenti
Azərbaycanda tibbi spirt və maska satışı ilə bağlı CİDDİ TƏDBİR
"Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar dünyada olduğu kimi, Azərbaycanda da bəzi dərman vasitələri, tibbi spirt və maskalara tələbat artıb. Müşahidələr göstərir ki, artıq bir sıra ölkələrdə tibbi maskaların qıtlığı yaşanır".
Manevr.az-ın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunub ki, nazirlikdə yaradılmış İşçi Qrup və Nazirliyin aidiyyəti qurumları müvafiq monitorinq və təhlil aparıb, araşdırmalar göstərir ki, 95%-li tibbi spirtə tələbatı yerli istehsal tam təmin etmək imkanına malikdir: "Nazirlikdə sahibkarlıq subyektləri ilə tibbi spirt istehsalı və qablaşdırılması məsələləri müzakirə olunub, qablaşdırma ilə bağlı qaldırılan bütün məsələlərin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Müzakirələrdə qeyd edilib ki, hazırda tibbi maskalar xarici ölkələrdən idxal olunur və idxalın artırılması nəzərdə tutulur. Bununla yanaşı, tibbi maskaların yerli istehsalının təşkili məqsədilə dövlət dəstəyi mexanizmlərindən istifadə üçün bütün imkanların yaradılacağı diqqətə çatdırılıb".
Həmçinin dərman vasitələrinin, habelə tibbi spirt və maskaların qiymətində baş verə biləcək süni artımın və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaradılmasının vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət daha da gücləndirilib, hazırda intensiv monitorinq və ciddi yoxlamalar aparılır: "İqtisadiyyat Nazirliyi bir daha xəbərdarlıq edir ki, süni qıtlıq və əsassız qiymət artımı halları aşkar olunan sahibkarlıq subyektləri barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar